"Bölmələrimiz anklavın dərinliyinə doğru irəliləyir" - İsrail Müdafiə Nazirliyi

“İsrail ordusu lazım gələrsə, Qəzzanın cənubundakı əməliyyatları genişləndirəcək”.

 

Sfera.az bildirir ki, bunu İsrail Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Anna Ukolova deyib. O, bu barədə “RİA Novosti”yə danışıb. Qurum rəsmisi qeyd edib ki, İsrail ordusunun əsas diqqəti Qəzza zolağının şimal hissəsindəki əməliyyatlara yönəlib:

 

“Lakin hərbi əməliyyatlar anklavın digər ərazilərinə də keçə bilər”.

 

Ukolova həmçinin qeyd edib ki, HƏMAS təkcə Qəzza zolağının şimalında deyil: “Cənubda da mülki hədəflərin istifadəsindən xəbərdarıq. Hərbçilərimiz HƏMAS infrastrukturunun məhv edilməsi və girovların qaytarılması kimi məqsədlərə çatmaq üçün mümkün olan hər şeyi edəcək”.

 

Müdafiə nazirliyinin əməkdaşı HƏMAS-ı “güclü düşmən” adlandırıb və qeyd edib ki, quru bölmələri tədricən anklavın dərinliyinə doğru irəliləyir. Onun sözlərinə görə, hazırda anklavda hava və dəniz qüvvələri tərəfindən dəstəklənən piyada briqadaları, zirehli və mühəndis qoşunları fəaliyyət göstərir.

 

“Bu gün ordu maksimum döyüş hazırlığı vəziyyətindədir. 360 min nəfər ehtiyata çağırılıb. Quru əməliyyatında həm çağırışçı, həm də ehtiyatda olan hərbçi iştirak edir”, - Ukolova əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...

Samir Əzimzadəyüksək vəzifəyə TƏYİN OLUNDU

Hərbi Prokurorluqda yeni təyinat olub.   Sfera.az xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prok...

Prezident 2 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barəd...