Bayden Çin sədri ilə görüşə HAZIRLAŞIR - Liderlər nələri müzakirə edəcək?

Bayden Çin sədri ilə görüşə HAZIRLAŞIR - Liderlər nələri müzakirə edəcək?

ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinlə görüşəcək. Məlumatı Çin Xarici İşlər Nazirliyi də təsdiqləyib. Görüş San-Fransisko şəhərində gerçəkləşəcək. Liderlər Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcəklər. Bayden və Cinpin isə sammit çərçivəsində ayrıca görüşməyi planlaşdırırlar.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Bayden və Cinpin beynəlxalq məsələlərlə yanaşı, İsrail-Fələstin münaqişəsini də müzakirə edəcək:

 

“Pekinlə Vaşinqtonun bir çox məsələyə baxışı hələ də fərqlidir. Digər tərəfdən, beynəlxalq tədqiqat mərkəzləri Si Cinpinin Pekində keçirilən “bir kəmər, bir yol” forumundakı çıxışını analiz edirlər. Yalta və Potsdam konfranslarında müəyyənləşdirilən dünya nizamı artıq yoxdur. Böyük ölkələr arasındakı münasibətlərdə inamsızlıq var, müxtəlif bölgələrdə müharibələr baş verir. Belə vəziyyətdə Cinpin çıxışında dünyada yeni nizamın formalaşdırılması zərurətini bildirib:

 

“Dünyada hər şeyin qaydasında olması Çin üçün də əhəmiyyətlidir. Biz qapılarımızı beynəlxalq aləmə açmışıq. Çin dünyanın 140 ölkəsi ilə ticarət əlaqələri qurub, dünyanın hər yerində yatırımlarımız mövcuddur.  Sülh və əməkdaşlıq nə qədər geniş yayılarsa, bundan hamı faydalanacaq”, deyə o qeyd edib. Si Cinpin ümumbəşəri prinsilərdən çıxış etsə də, əməldə fərqli siyasət yürüdülür”.

 

Ekspert qeyd edib ki, Çinin hərbi gücünü artırması qonşularını da qorxudur:

 

“Bundan başqa Pekinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə seyrçi qalması da, Qərbi daima narahat edən mövzulardandır. Fikrimcə, Si Cinpin Baydenlə müxtəlif mövzuları müzakirə etsə də, tərəflər öz mövqelərində qalacaq. Bu da fikir ayrılıqlarının ortadan qaldırılmasına kömək etməyəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...

Samir Əzimzadəyüksək vəzifəyə TƏYİN OLUNDU

Hərbi Prokurorluqda yeni təyinat olub.   Sfera.az xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prok...

Prezident 2 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barəd...