Amerika Vətəndaş Müharibəsi zamanı ən böyük vəhşiliyin məskəni olmuş həbsxana - Camp Sumter

Amerika Vətəndaş Müharibəsi zamanı ən böyük vəhşiliyin məskəni olmuş həbsxana - Camp Sumter

Amerika Vətəndaş Müharibəsi (1861-65) ölkənin şimalı və cənubu arasında amansız qarşıdurmanın getdiyi, hər iki tərəfin böyük itkilərə məruz qaldığı bir müharibə idi. 1864-cü ilin fevralında qurulan "Camp Sumter" haqqında bu gün məlum olanlar isə müharibənin ən çirkin üzünü bütün çılpaqlığı ilə açır.
 

Sfera.az tarixi “Camp Sumter” həbsxanası haqqında maraqlı məlumat təqdim edir.
 

“Camp Sumter” ABŞ-ın Corciya ştatının Andersonville şəhərində yerləşən Konfederasiya hərbi həbsxanasıdır.


Amerika Vətəndaş Müharibəsinin səbəbi, yeni seçilmiş prezident Abraham Linkolnun cənubda köləliyi ləğv edəcəyini düşünməsi idi. Əvvəlcə 7 və daha sonra isə 11 müstəqil bir dövlət yaranmasını istəməyən ştat "Amerika Konfederativ Dövlətləri" adı altında birləşməyə cəhd etmişdi. Müharibə zamanı şimaldakı dövlətlər ittifaq, cənubdakı dövlətlər isə konfederasiya adlanırdı.
 

Qeyd etdiyimiz kimi, “Camp Sumter” konfederasiya həbsxanası idi və əsir ittifaq əsgərləri burada saxlanılırdı.


Həbsxana cənubun ən böyük həbsxanası idi.
 

Sumter düşərgəsi bu gün antisanitar şəraiti və yüksək ölüm halları ilə yadda qalıb. Bu mərkəzdə 12.912 Birlik əsgərinin öldürüldüyü və Birliyin lideri Henri Virzin (1823-65) bu həbsxanada hərbi cinayətlərə görə edam edildiyi güman edilir.
İlk məhbuslar 1864-cü ilin fevralında Sumter düşərgəsinə aparılıb.

 

Həmin vaxt həbsxana hələ tikilməkdə idi. Corciya ştatının meşəlik və ucqar bölgəsində qullardan istifadə edilərək tikilən tikili 6 hektar ərazini əhatə edirdi. Bu gün həbsxananın qalıqları, Əsirlər Muzeyi və mərkəzdə həyatını itirən Birlik əsgərlərinin dəfn edildiyi milli qəbiristanlıq ziyarətçilər üçün açıqdır.
 

“Camp Sumter”də ən təəccüblü hadisə isə bölmə komandiri Henry Wirzin öldürülməsi idi.
 

Amerika vətəndaş müharibəsi 9 aprel 1865-ci ildə general Robert E. Linin komandanlığı altında Konfederasiya əsgərlərinin təslim olması ilə başa çatdı. Bir ay sonra, Andersonville komandiri Henry Wirz həbsxanada saxladığı hərbi əsirləri öldürdüyünə görə həbs edildi.
İxtisasca həkim olan Wirz, Vətəndaş Müharibəsi başlayanda Dördüncü Luiziana Batalyonuna qoşulmuşdu.


Minlərlə məhbus Wirzin nəzarəti altında Andersonville həbsxanasında ölüb. Ancaq müəyyən mənada o, həm də ona görə məhbus idi ki, həbsxananı idarə etmək üçün ona verilən resurslar yetərli deyildi. Konfederasiya itkilərə məruz qalmağa və dağılmağa başladıqca, məhbuslar üçün dərman və qida əldə etmək getdikcə çətinləşirdi. “Camp Sumter” xəbərini eşidən şimallılar digər tərəfdən şok və qəzəb hissləri yaşayırdılar.
 

Məşhur şair Walt Whitman (1819-92) düşərgədən sağ çıxan bir neçə nəfərlə görüşdən sonra yazırdı:


“Bağışlanmalı olan əməllər və cinayətlər var. Amma bu, şübhəsiz ki, onlardan biri deyil...”


Wirz daha sonra Birlik əsgərlərinin yaralanmasına və ölümünə səbəb olmaqda günahlandırıldı. İki ay davam edən məhkəmə prosesində 100-dən çox adam onun əleyhinə ifadə verib. Onun hərəkətləri bağışlanmaz olsa da, Wirz bu vəhşiliyin günah keçisi oldu. Məhkəmə Wirz üçün ölüm hökmü çıxardı.
Komandir 1865-ci il noyabrın 10-da Vaşinqtonda edam edildi.


Wirzin növbətçi əsgərə son sözləri belə oldu:
 

“Mən əmrlərin nə olduğunu bilirəm,komandir. Onlara əməl etdiyim üçün məni indi asırlar”.
 

Beləliklə, Wirz Vətəndaş Müharibəsi zamanı törətdiyi cinayətlərə görə mühakimə olunan azsaylı insanlardan biri kimi 41 yaşında dünyasını dəyişdi.
 

“Camp Sumter” isə dünya tariximizin qaranlıq ləkələrindən biri kimi tarixə həkk olundu.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...