Vampir olduqları iddia edilən 8 nəfər linç edilərək öldürülüb

Vampir olduqları iddia edilən 8 nəfər linç edilərək öldürülüb

Dünyanın müxtəlif yerlərində mövhumatların hələ də hökm sürdüyü bir həqiqətdir. Ancaq bu xəbəri oxuyanda insan baş verənlərin həqiqət olduğuna inanmaqda çətinlik çəkir.
 

Sfera.az bildirir ki, Cənub-Şərqi Afrika ölkəsi Malavidə 8 nəfər vampir olmaqları səbəbilə böyük izdiham tərəfindən linç edilərək öldürülüb.
 

Vampir şayiələrinin yaratdığı iğtişaşlar səbəbindən bəzi bölgələrdə komendant saatı elan edilib.


Hələ 2017-ci ildə iki fərqli şəhərdə baş verən hücumlarda ən azı 8 nəfərin öldüyü bildirilib.


Hadisələrlə bağlı danışan daxili işlər naziri Nikolas Dausi dodaq boyası sürən qadının qan udduğunu zənn edilərək öldürülməsinin çox təəssüf doğurduğunu bildirib.


Linç qrupları cadu etmək üçün insanların qanını içməkdə şübhələndikləri insanlara hücum etməyə başlayıblar.


Səlahiyyətlilər isə bütün şayiələrə baxmayaraq, heç kimin qanlarının sorulduğundan şikayət edərək xəstəxanaya müraciət etmədiyini bildirib.


Hökumət: "Xortdanlar yoxdur, məqsəd hökuməti yıxmaqdır"


Həmin dövrdə hətta prezidentnPeter Mutharika da ölkənin cənubundakı bölgələrə baş çəkməyə və qətlləri araşdırmağa söz verib.
 

Ölkənin cənubunda bəzi bölgələrdə komendant saatı elan edilib. Birləşmiş Millətlər Təşkilatı ölkənin cənubundakı əməkdaşlarını təhlükəsiz bölgələrə çıxarıb.
 

Hökumət rəsmiləri Malavinin cənub-şərqindəki Mulanje bölgəsində vampirlərin olmadığını açıqlayıb və müxalifətin hökuməti yıxmaq üçün şayiələr yaydığını iddia edib.

Jurnalistlərə açıqlama verən daxili işlər naziri Nikolas Dausi “Bu söz-söhbətlərin arxasında kimin dayandığını açıqlayacağıq. Biz qaniçən olduğu iddia edilən insanlara qarşı vəhşicəsinə hücumları qınayırıq”.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayı...

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...