İkinci Dünya Müharibəsində batmış gəmilər bir-bir müəmmalı şəkildə yoxa çıxıb
Tədqiqatçılar İkinci Dünya Müharibəsində batan gəmilərin dənizaltı yerlərindən yoxa çıxması ilə bağlı qorxulu kəşf ediblər.
Sfera.az bildirir ki, İkinci Dünya Müharibəsinin ən dəhşətli döyüşlərindən biri Yava dənizi üzərində baş verib.
Yava dənizi döyüşü kimi tanınan bu fövqəladə dəniz döyüşləri 1942-ci ilin fevral və mart aylarında baş verib.
Hollandiya, Böyük Britaniya, Avstraliya və ABŞ-ın dəniz qüvvələri Yavanı yaponların hücumlarından qorumağa çalışarkən, adanı demək olar ki, tamamilə yerlə-yeksan ediblər və bir çox gəmilər dənizin dibinə batıb.
İndoneziya sahillərində müharibədən sonra bu qüvvələr Yapon donanmasına qarşı çox ağır məğlubiyyətə uğrayıblar.
İtkilər kifayət qədər çox idi. Batanlar arasında 3 Hollandiya və 6 Britaniya gəmisi və bir ABŞ sualtı qayığı var.
Müharibənin 75-ci ildönümünə hazırlıq çərçivəsində dağıntıların olduğu ərazidə araşdırma aparılıb.
Tədqiqatçılar ərazini araşdırdıqdan sonra gördükləri, daha doğrusu, görə bilmədikləri ilə təəccübləniblər.
İlk rəsmi açıqlamanı verən Hollandiya Müdafiə Nazirliyi onların batmış iki gəmisinin dənizin dibindən tamamilə yoxa çıxdığını təsdiqləyib.
Üçüncü Hollandiya gəmisinin böyük bir hissəsi də yoxa çıxıb.
Bu rəsmi açıqlamadan dərhal sonra İngiltərə Müdafiə Nazirliyi də rəsmi açıqlama verərək, onların batmış iki gəmisinin tamamilə məhv edildiyini və üçüncü gəminin yalnız kiçik bir hissəsinin qaldığını təsdiqləyib.
Bundan əlavə, ABŞ-a məxsus batmış sualtı qayığın tamamilə məhv edildiyi barədə açıqlama verilib.
Kəşflərindən şoka düşən tədqiqatçılar sirli hadisənin pərdəarxası üzərində dayanıblar.
Zabitlər sonarla bölgənin 3D xəritəsini yaradıb və əvvəllər gəmilərin batdığı ərazini təhlil ediblər. Gəmilərin dəniz dibində buraxdığı izlər toxunulmaz qalsa da, onların hara getdiyinə dair heç bir dəlil olmayıb.
Səlahiyyətlilər tərəfindən irəli sürülən bir nəzəriyyə, talançıların hadisə ilə əlaqəsi olması idi. Eyni şəkildə İndoneziya, Sinqapur və Malayziya sahillərində İkinci Dünya Müharibəsində batmış yüzlərlə gəminin qalıqları olduğu və buna görə də talançılar üçün nemət olduğu məlumdur.
Bir çox insan bu izahatla kifayətlənmir, əslində bu fərziyyə ilə bağlı çox böyük bir sual işarəsi var.
Yəni gəmilər çox dərin batıb və ölçüləri belə oğurluq üçün çox böyük idi. Buna görə gəmiləri tamamilə aradan qaldırmaq demək olar ki, mümkün deyil və hətta böyük, peşəkar bir komanda ilə bunu etmək çox uzunmüddətli bir işdir.
Bu sual işarəsi Hollandiya və İndoneziya rəsmilərinin verdiyi rəsmi açıqlamalarda da vurğulanır.
İndoneziya rəsmiləri belə bir dərinlikdə batan böyük bir gəmini tamamilə məhv etmək üçün çox böyük maşınlar və aylar, hətta illər lazım olduğunu və bu müddət ərzində aktivliyin mütləq aşkarlanacağını bildirirlər.
Xülasə, çox maraqlı bir vəziyyətlə qarşılanılıb və batmış gəmilərin necə yoxa çıxması ilə bağlı hələ də böyük suallar var.
Sui-qəsd nəzəriyyəçilərinin də diqqətini çəkən bu müəmmalı yoxa çıxmaların pərdəarxasını araşdırmalar davam etdikcə öyrənə biləcəyik. Bəlkə də heç vaxt öyrənməyəcəyik.
Aysel
Sfera.az