Komandamız Ermənistana getməkdən imtina etdi

İdman
23:00 / 02.11.2023
4250
Noyabrın 10-dan 12-dək İrəvanda keçiriləcək sambo üzrə dünya çempionatında Azərbaycan və Türkiyə yığmaları iştirak etməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, bu ilin aprel ayında İrəvanda keçirilən Ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində tədbirin təşkilatçılarından olan Aram Nikolyan Bayrağımızı səhnədən qaparaq, nümayişkaranə şəkildə yandırmışdı. Bunun ardınca Azərbaycan öz idmançılarını dərhal geri çağırdı.