Lerikdə qanunsuz silahlar aşkarlandı

Lerikdə qanunsuz silahlar aşkarlandı

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

 

Belə ki, həmin şəxslərdən 2 ədəd "İj"və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR