"Ermənilərin bu şayiələri yaymaqda məqsədləri odur ki..." - ŞƏRH

“Ermənistana köçən separatçılar var gücləri ilə çalışırlar ki, Qarabağda qalan azsaylı ermənilər də bölgəni tərk etsinlər. Müxtəlif şaiyələr yayırlar, guya, onlara yaxşı baxılmır, Xankəndidə aciz vəziyyətdədirlər”. 

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib:

 

“Separatçılar belə bir şayiə də yayırlar ki, guya, Qarabağda qalanlar əsl erməni deyillər, ya rus, ya da qarışıq millətdəndirlər. Yəni sözlərindən belə çıxır ki, əsl erməni türklərlə birgə yaşaya bilməz, yaşamamalıdır. Bu, erməni separatçıların ənənəvi irqi ayrı-seçkilik siyasətidir. 


Qarabağda qalanlar əsl erməni deyillərsə, nədən onların da Ermənistana köçmələrinə çalışırsınız?


Separatçıların məqsədi aydındır, Qarabağda ermənilərin yaşaması onların Azərbaycana qarşı “etnik təmizləmə” təbliğatını zəiflədir. Azərbaycan Qarabağda qalan erməniləri güclə orada saxlamayıb, istəyən ərazini tərk edə bilər, ancaq qalanlar düşünür ki, Ermənistanda səfil həyat yaşamaqdansa, Azərbaycan qanunları və pasportu ilə doğulduğu bölgədə və evində yaşaması daha məqbuldur”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayı...

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...