İlon Maskdan Mark Zukerberqə 1 milyardlıq TƏKLİF: ""Facebook"un adını..."

İlon Maskdan Mark Zukerberqə 1 milyardlıq TƏKLİF:

"Tesla" və "SpaceX"in yaradıcısı , həmçinin "X" (Twitter) şirkətinin sahibi İlon Mask Meta şirkətinin rəhbəri  Mark Zukerberqə "Facebook"un adını dəyişmək üçün bir milyard dollar təklif edib.

 

Sfera.az xəbər verir ki, Maskın fikrincə, belə rebrendinq Facebook istifadəçilərini daha çox sevindirəcək.

 

“Mən artıq yeni veb-sayt loqosu üçün bəzi gözəl ideyaları qeyd etmişəm. Məncə, onlar olduqca yaxşıdır. Sadəcə, bəşəriyyət üçün yaxşılıq etməyə çalışırıq”, - Mask bildirib.

 

Qeyd edək ki, "boob" ingilis dilindən tərcümədə sinə kimi tərcümə olunur.

 

Zukerberq rəqibinin təklifinə məhəl qoymayıb və ona özünün “Threads” sosial şəbəkəsində cavab verib. 

 

O, əvvəlcə bu zarafatı ötürmək istədiyini, lakin sonra Maskın təklifi barədə düşündüyünü etiraf edib.

 

“Bir dəqiqə belə düşünmədiyimi desəm, yalan olar. Həqiqətən də “Faceboob”da bir şey var...”,-deyə Zukerberq yazıb.

 

Qeyd edək ki, ötən həftə də İlon Mask "X" plaformasındakı paylaşımında bir milyard dollar qarşılığında “Wikipedia”nın adını "Dickipedia" olaraq dəyişdirmək istədiyini bildirmişdi. “Dick” isə ingilis dilindən tərcümədə kişilərin cinsiyyət orqanı kimi tərcümə olunur.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayı...

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...