"Nəcməddin Sadıkovun həbs olunmaması şəhidin ruhuna təhqirdir" - Deputatdan SƏRT AÇIQLAMA

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir. Bununla bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər haqqında da icraat ayrılıb. Hüquqşünaslar da bildirir ki, N.Sadıkov haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mənimsəmə maddəsinə görə, 10-14 il müddətində həbs cəzası nəzərdə tutulur.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib ki, dövlətin vəsaitini mənimsəyənlər mütləq məsuliyyətə cəlb olunmalıdır:

 

“Hesab edirəm ki, Müdafiə Nazirliyində hətta 10 manatlıq yeyinti belə Azərbaycan əsgərinə, zabitinə, qazisinə və şəhidinə, onların ruhuna olan bir təhqirdir. Ona görə də bu məsələnin üzərinə ciddi gedilməlidir, kimin günahı varsa, məsuliyyətə cəlb olunmalıdır və bu sektorda məsuliyyətdən kənar adam qalmamalıdır. Bunun hansısa şəkildə məsuliyyətini daşıyanlar başa düşməlidir ki,  onun əvəzinə kimsə gedir döyüşür, şəhid olur, onların ailəsi faciəvi vəziyyətdə qalır. Bunlar isə Bakıda oturub xımır-xımır vəsaiti mənimsəyirlər. Bu burunlarından bir gün mütləq gəlməlidir və əminəm ki, gələcək də. Bu mövzuda heç kimə güzəşt olunmamalıdır, bu işi görənlər məsuliyyətə cəlb olunmalıdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayı...

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...