Donuz ürəyi köçürülən ikinci xəstə də ÖLDÜ 

Donuz ürəyi köçürülən ikinci xəstə də ÖLDÜ 

ABŞ-nin Hərbi Dəniz Qüvvələri veteranı Lourens Fosettinin həyatını 6 həftə öncə köçürülən donuz ürəyi xilas edə bilməyib.

 

Sfera.az xəbər verir ki, keçmiş hərbçiyə geni dəyişdirilmiş donuz ürəyi köçürülmüşdü.

 

ABŞ-nin Merilend Universiteti Tibb Məktəbində həyata keçirilən transplantasiyadan sonra ilk günlər xəstə özünü yaxşı hiss etsə də bir aydan sonra onun vəziyyəti pisləşib. Son günlərdə Fosettinin ürəyində orqan rəddinin ilk əlamətlərinin görünməyə başladığı bildirilir.

 

Xatırladaq ki, Fosetti dünyada donuz ürəyi köçürülən ikinci insan idi. Eyni xəstəxanada ilk dəfə donuzdan insana ürək transplantasiyası əməliyyatını keçirən David Bennett olmuşdu. Bu şəxs donuz ürəyi ilə iki ay yaşaya bilmişdi.

 

Vasif


OXŞAR XƏBƏRLƏR