İlk elektrikli Mercedes-AMG modeli 1000 at gücünə sahib olacaq

İlk elektrikli Mercedes-AMG modeli 1000 at gücünə sahib olacaq

Mercedes elektrik avtomobilləri dünyasına qədəm qoysa da, AMG hələ tam elektrik modelini istehsal etməyib. Alman istehsalçısının belə bir addım atacağı illərdir gözlənilir. 


 
Sfera.az xəbər verir ki, “Mercedes”in 2021-ci ildə heytinə daxil etdiyi "Yasa" adlı ingilis şirkəti gələcək model haqqında bəzi təfərrüatları paylaşıb. 

 

Məlumata görə, modelin elektrik mühərrikinin çəkisi cəmi 24 kq olacaq və 485 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edə biləcək. Modelin hər iki oxunda bu mühərriklərdən birinin olması onun 1000 at gücünü keçə bilməsi deməkdir.

 

Hazırda “Mercedes-AMG” ailəsinin zirvəsində olan “AMG One” adlı hiperkar istifadə etdiyi F1 qurğusu sayəsində 1000 at gücündən bir qədər çox gücə malikdir. Bu iddialar doğrudursa, “GT4” adlandırıldığı iddia edilən elektrik avtomobili “Mercedes”in ən güclü modellərindən birinə çevrilə bilər.

 

2025-ci ildə debüt edəcək model haqqında yaxın günlərdə daha ətraflı öyrənə biləcəyik.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayı...

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...