Bank kartı və smartfon olmadan da bankdan PUL ÇIXARA BİLƏCƏKSİNİZ - MÜHÜM YENİLİK

Bank kartı və smartfon olmadan da bankdan PUL ÇIXARA BİLƏCƏKSİNİZ - MÜHÜM YENİLİK

“Artıq bank kartı və smartfon olmadan da bankdan pul çıxarmaq olacaq”. 

 

Bunu Sfera.az-a açıqlamasında texnobloqçu Fərid Pərdəşünas “VII Beynəlxalq Bankçılıq Forumu”ndakı yeniliklərdən danışarkən bildirib.

 

F.Pərdəşünas qeyd edib ki, bu, üzün biometrik skanı vasitəsilə mümkün olacaq:

 


“Yeni nəsil “ATM”lərdən artıq bank kartı və smartfon olmadan da pul çıxarmaq olacaq. “BS/2” bu istiqamətdə çox maraqlı həll yaradıb. Üzün biometrik skanı vasitəsilə hesaba giriş edib, lazım olan məbləği məxaric etmək olur. Bundan başqa, QR kod skanı ilə “ATM”lərin interfeysini smartfona daşıyıb, əməliyyatı smartfon ekranında aparmaq mümkün olur. Bu həlli yoxladım və çox axıcı, rahat gəldi mənə. QR ilə nağdlaşdırma təcrübəsi də Azərbaycanda geniş istifadə edilir. 

 

Qeyd edim ki, “BS/2” şirkəti Azərbaycanda uzun illərdir var və yerli banklara bu kimi həllər təqdim edirlər. Şirkətin yaratdığı əsas dəyər isə proqram təminatlarıdır. Onlar mənə “ATM”lərin təhlükəsizliyi, idarəsi, səmərəliliyi barəsində bir neçə həllərini göstərdilər. Belə başa düşdüm ki, “ATM”lər artıq pul verən maşın xüsusiyyətindən çıxıb, ciddi maliyyə obyektinə çevriliblər. Kartsız əməliyyatlar, QR nağlaşdırma, valyuta dəyişmə, şəxsiyyətin təyini və s”.

 

Qeyd edək ki, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən Bakıda VII Beynəlxalq Bankçılıq Forumu ("IBF-2023") dünən işə başlayıb və bu gün yekunlaşacaq.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayı...

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...