“Ukraynaya göndərilən silahlar İsrailə yola salınacaq” – Pentaqon üz döndərir?
ABŞ Ukraynadan üz döndərə bilər.
Sfera.az bildirir ki, bu iddia ilə “The Times” nəşri çıxış edib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi, Pentaqonun keçmiş əməkdaşı Mark Kansian nəşrə açıqlamasında qeyd edib ki, Yaxın Şərqdə müharibə uzanarsa, Pentaqon Ukraynadakı silahları İsrailə göndərmək məcburiyyətində qalacaq.
“Qəzza zolağında müharibə uzun müddət davam edərsə, bəzi əsas texnikalar Ukraynadan İsrailə yönləndirilə bilər. Lakin İsrailin ehtiyacları Ukraynanın ehtiyaclarından əhəmiyyətli dərəcədə az olacaq”, - o söyləyib.
Yazıda bildirilib ki, Pentaqonda respublikaçıların İsraillə bağlı qorxuları var. Məlumata görə, bu, Ağ Evin sözügedən ölkəyə üstünlük verməsi ilə əlaqəlidir:
“Lakin ABŞ hərbi departamenti eyni vaxtda iki münaqişəni maliyyələşdirə biləcəyinə əmindir. Müharibə başlayandan bəri İsrail Qəzza zolağına 10 min patron atıb. Bu səbəbdən yeni silah ehtiyatlarına tələbat artır”.
Xatırladaq ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasının yeni sədri Mayk Conson İsrail və Ukraynaya göndərilən hərbi yardımın bölünməli olduğunu demişdi. Onun sözlərinə görə, bunlar iki fərqli münaqişədir, ona görə də ayrıca maliyyələşdirilməlidir.
Günay