“Evdə qalmış” qızlar, BU YAZINI OXUYUN

“Evdə qalmış” qızlar, BU YAZINI OXUYUN

Ailə qurmaq yaşı çatan, lakin ərə getməyən qızlara "evdə qalmış” deyirlər. Ancaq bu qızlar, ailə quraraq sanki böyük bir müvəffəqiyyətə imza atmış qadınların dözdüyü vəziyyətlərə dözmək məcburiyyətində deyil. Aile.lent.az ərə getməyən qızların dadını çıxara biləcəyi 9 durumla sizi də tanış edir.

 

Unitazla təmas etmək

 

Evdə unitazın qapağını qaldıran və endirməyi unudan bir kişi olmadıqda, bu qapaqla gündə bir neçə dəfə oynamaq məcburiyyətində deyillər. Unitazın yanına yerə damlamış və nədənsə kişinin gözündən qaçmış damcıları da silmək məcburiyyətində deyillər.

 

Evdən tük toplamaq

 

Xüsusilə, hamam və yataqdan spiral kimi tükləri təmizləmək kimi bir dərdləri yoxdur. Çünki evdə tükləri tökülən bir kişi yoxdur.

 

Xorultuya oyanmamaq

 

Onlar oyanmaq üçün zəngli saat qururlar və yanlarında xoruldayan bir kişi saxlamaq məcburiyyətində qalmırlar.

 

Məktəb pulu ödəmək, tapşırıq yerinə yetirmək

 

Uşaqları olmadığı üçün məktəb pulu düzəltmək kimi narahatlıqları yoxdur. Evdə dərs tapşırıqları etmirlər, valideyn iclasına getmirlər. Uşaqların ad günlərində başları şişmir, ortalıqdan oyuncaq toplamırlar və s.

 

Ailə ziyarətləri

 

Axşamlar, həftə sonu, bayramlarda ailə ziyarətləri kimi məcburiyyətləri yoxdur.

 

Zorla sevişmək

 

Axşam yatmazdan əvvəl, səhər yuxudan oyananda "sevişək” deyən bir kişi ilə yatmırlar, ürəkləri istəməyəndə sevişmirlər.

 

Geyimlərinə qarışan yoxdur

 

"Onu geyinmə, ora getmə, onlarla görüşmə” kimi sözlərlə azadlıqları əllərindən alınmır. Azadlıq üçün mübarizə aparmırlar.

 

Ürəkləri istəməsə, yemək bişirmirlər

 

Kiminsə qarnını doyurmaq lazım olmur və ürəkləri istəmirsə, yemək bişirmirlər.

 

Televiziya qarşısında çox vaxt keçirmək

 

Duş almadan, saçı-başı səliqəsiz, gecə geyimində istədiyi qədər televizora baxa bilər. 


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...