Amerikanın İkinci Dünya Müharibəsi zamanı qan donduran işgəncələri

Amerikanın İkinci Dünya Müharibəsi zamanı qan donduran işgəncələri

İkinci Dünya Müharibəsindəki bir çox digər ölkələr kimi, Amerika Birləşmiş Ştatları da qeyri-insani təcrübələrə yol verib.

Sfera.az
bu dəfə oxuyarkən ağılları başdan alacaq tarixi məlumatları təqdim edir. Bu dəfə baş rolda Nasistlər deyil, Amerikalılardır.

Mariana adalarında tapılan başsız cəsədlər müharibənin vəhşiliyini ortaya qoyur.


1984-cü ildə, müharibədən təxminən qırx il sonra ABŞ Mariana adalarında tapılan yapon əsgərlərinin cəsədlərini aşkar edib. Maraqlıdır ki, bu meyitlərin 60%-i başsız olub. Yuxarıdakı şəkil donanmada əsgər olan sevgilisindən yapon əsgərinin kəlləsini hədiyyə alan və adını Tojo qoyan qadına məxsusdur.
 

Amerika əsgərləri Sakit okeanda müharibə zamanı öldürdükləri yapon əsgərlərinin cəsədlərindən suvenir götürüblər.


Bu xatirələr bəzən kəllələr, bəzən dişlər, qollar və ya qulaqlar olub. Yayılması səbəbindən bu davranışın qarşısını almaq istəyən amerikalı generallar əvvəlcə 1942-ci ildə, sonra isə 1944-cü ildə əsgərlərə cəsədləri parçalamağı qadağan etmiş, lakin bu vəziyyətin qarşısı alına bilməmişdir.


Müharibə zamanı Amerika əsgərlərinin törətdiyi iddia edilən digər vəhşilik isə kütləvi zorlama olub.
 

Tarixçilər müharibələri araşdırarkən, çox vaxt ölən və ya yaralanan insanların sayına diqqət yetirirlər. Amma müharibədə zərər çəkən təkcə bu insanlar deyil. Mövcud məlumatlara görə, Amerika əsgərləri müharibə zamanı Avropa və Asiyada on minlərlə qadına təcavüz edib. Tarixçi C.Robert Lilli bildirir ki, 1946-1946-cı illər arasında Amerika əsgərləri təkcə Almaniyada 11.000 qadına təcavüz edib.


Üstəlik, zorlamalar müharibə ilə yekunlaşmırdı.


1945-ci ilin sentyabrında Yaponiyanın təslim olmasından sonra da işğalçı Amerika qüvvələri qadınları zorlamağa davam edirdi. ABŞ-ın Yaponiyanın Kanaqava prefekturasını işğalından sonrakı ilk on gündə belə 1336 zorlama hadisəsi qeydə alınıb.


Alman həbs düşərgələrində öldürülən insanların qisasını almaq istəyən ABŞ əsgərləri Dachau toplama düşərgəsinə doğru yola düşüb.


Düşərgəyə çatan Amerika əsgərləri 39 yük vaqonunda içinə balıq leşləri də yığılan 2000-ə yaxın insan cəsədi ilə qarşılaşıblar. Həmin gün qisas almaq üçün 346-sı kütləvi edam olmaqla 520 Almanı öldürdülər.


Hitler ABŞ-ı Nyu Yorka sualtı qayıqlarla hücum etməklə hədələyib.


Alman sualtı qayıqları uzaq mənzilli raketlər daşıya bilirdi, ona görə də Amerika təhlükəni ciddi qəbul etdi. Almanların mümkün hücumunun qarşısını almaq istəyən Amerika ordusu ş Gözyaşı əməliyyatına başladı. Əməliyyatın məqsədi Şimali Atlantikadan gələn alman gəmilərinin və sualtı qayıqlarının ölkəyə yaxınlaşmasının qarşısını almaq olub.


24 aprel 1945-ci ildə Amerika ərazisinə yaxınlaşan iki alman gəmisi Amerika gəmisini batırdı.


Gəmidə olan 192 nəfərdən 126-sı almanlar tərəfindən öldürülüb. On saat sonra Amerika gəmisi hücumda iştirak edən alman gəmilərindən birini batıraraq, göyərtəsində olan 32 nəfəri girov götürüb. Amerika əsgərləri bu adamların bir hissəsini hərbi əsir düşərgəsinə göndərir, yerdə qalan alman əsgərlərini sorğu-sual edir, təkadamlıq kameraya məhkum edir və həftələrlə onlara işgəncə verirlər.


Müttəfiq dövlətlər 1943-cü il iyulun 10-da Siciliyanı işğal ediblər.
 

Düz dörd gün sonra Amerika əsgərləri iki fərqli hadisədə böyük bir qırğın törədiblər. Əsgərlər San Pietroda 71 italyan və 2 alman olmaqla 73 nəfəri öldürərək tarixə “Biscari qırğını” kimi keçən qətliamı törədiblər.


Amerika əsgərləri 1945-ci il fevralın 13-dən sonra üç gün ərzində Almaniyanın Drezden şəhərini bombalayıblar.


Əsgərlər şəhərə ümumilikdə 3900 ton partlayıcı atıb, təxminən 25.000 nəfər həlak olub. Təxminən bir ay sonra ABŞ-ın Tokionu bombalaması nəticəsində 100.000 insan həyatını itirib. Məlum olduğu kimi, müharibənin sonunda həyata keçirilən Xirosima və Naqasaki hücumları bəşər tarixinin ən böyük utanclarından birini təşkil edir...

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR