Məhkəmədən həbsdə olan sabiq deputat Nazim Bəydəmirli ilə bağlı QƏRAR

Məhkəmədən həbsdə olan sabiq deputat Nazim Bəydəmirli ilə bağlı QƏRAR

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində serçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

 

Sfera.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda iş üzrə istintaq hərəkətlərinin davam etməsi səbəbindən seçilmiş qətimkan tədbirinin uzadılması istənilib.

 

Təqsirləndirilən şəxsin vəkili təqdimata etiraz edib. Məhkəmə tərəflərin fikrini öyrəndikdən sonra qərar elan edib. Qərara əsasən, N.Bəydəmirlinin həbsdə saxlanılma müddəti 3 ay uzadılıb.

 

Qeyd edək ki, Nazim Bəydəmirli bu ilin iyulunda həbs olunub.

 

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

 

Eks-deputata qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

UEFA məşhur klubları milyonlarla avro cərimələdi

UEFA klubları maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələyib.   Sfera.az xəbər verir ki, qurumun saytı bu barədə məlumat yayıb. ...

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...