İllik inflyasiya 4,3 faizə düşəcək – Mərkəzi Bank 

İllik inflyasiya 4,3 faizə düşəcək – Mərkəzi Bank 

2023-cü ilin sonunda Azərbaycanda illik inflyasiya 4,3 faizə düşəcək. 


Sfera.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) proqnozlaşdırır. 


AMB bildirib ki, son aylarda inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi cari ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir:

 

“Mərkəzi Bankın oktyabr proqnozlarına görə, inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, illik inflyasiyanın 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5,3% və 2025-ci ildə 3,4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olub”. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR