Azərbaycanda dollar bolluğu yaranıb

Azərbaycanda dollar bolluğu yaranıb

Son iki ayda Azərbaycanda xarici valyuta təklifinin artması tələbin isə azalması müşahidə edilir. Bu vəziyyətdə manatın bahalaşmaması üçün Azərbaycan Mərkəzi Bankı (AMB) bazara alışyönlü müdaxilə edərək böyük məbləğdə xarici valyuta alıb. 


Sfera.az AMB-yə istinadən xəbər verir ki, profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13,9 milyard dollar) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. Bu səbəbdən 10 ayda AMB valyuta bazarına müdaxilə edərək 1,248 milyard dollar alıb. 


Bunun nəticəsində AMB-nin valyuta ehtiyatları 10 ayda 16,8% və ya 1,5 milyard dollar artaraq 10,5 milyard dollara çatıb.


Valyuta ehtiyatları son iki ayda daha böyük fərqlə artıb. Ehtiyatlar sentyabrda 411 milyon dollar, oktyabrda 725 milyon dollar artıb. Bu fakt onu göstərir ki, son 2 ayda valyuta bazarında dollar bolluğu yaranıb. Bazarda dollar alan az olmaqla yanaşı dollar satışı da artıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...