Mərkəzi Bank uçot dərəcəsini endirib – Son üç ildə ilk dəfə

Mərkəzi Bank uçot dərəcəsini endirib – Son üç ildə ilk dəfə

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8,5%-ə, faiz dəhlizinin aşağı həddi 7,5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9,5%-ə endirilib.


Sfera.az AMB-yə istinadən xəbər verir ki, ölkəmizdə uçot dərəcəsi sonunci dəfə 2020-ci ildə endirilmişdi. 2021-ci ildən isə bir qayda olaraq uçot dərəcəsi artırılırdı. 


Son 3 ildə uçot dərəcəsinin davamlı artırılmasının səbəbi yüksək inflyasiya ilə bağlıdır. Xüsusən 2022-ci ildə və 2023-cü illərin birinci yarısında inflyasiya səviyyəsinin rekord həddə yüksəlməsi AMB-ni faizləri artırmağa məcbur edib. 


Amma son aylarda inflyasiya səviyyəsində enmə müşahidə edilir. Dövrü inflyasiya hələ də ikirəqəmli səviyyədə olsa da illik inflyasiya xeyli düşüb. 2023-cü ilin sentyabr ayının məlumatına görə, illik inflyasiya 5 faizə qədər azalıb. 


Gözlənilir ki, illik inflyasiyada azalma ilin sonuna qədər davam edəcək və bu səbəbdən dövrü inflyasiya təkrəqəmli səviyyəyə düşəcək. Bunu nəzərə alaraq AMB faiz dərəcələrinin endirilməsinə qərar verib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...