Qəzza zolağının gələcəyi ilə bağlı mümkün ÜÇ VARİANT - “Bloomberg”dən İDDİA

Qəzza zolağının gələcəyi ilə bağlı mümkün ÜÇ VARİANT - “Bloomberg”dən İDDİA

Qəzza zolağının aqibəti ilə bağlı üç mümkün variant irəli sürülüb.

 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, ilkin variant  ABŞ və İsrailin Qəzza zolağına sülhməramlı qüvvələr göndərməyindən ibarətdir.

 

Məlumata görə, bu seçim Həmas məğlub olacağı təqdirdə baş verə bilər: “ABŞ da daxil olmaqla, bir neçə ölkənin silahlı qüvvələrinin sülhməramlı missiyası Qəzzaya göndərilə bilər. Beləliklə, anklav ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın dəstəyi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrinin nəzarətinə keçəcək”.

 

“Bloomberg” qeyd edib ki, ikinci variant Misir və İsrail arasında 1979-cu il müqaviləsində təsbit edilənə bənzər sülhməramlı missiyanın təşkilidir. Agentliyin mənbələrinin bildirdiyinə görə, İsrail hesab edir ki, bu variant diqqətəlayiqdir.

 

Nəşr qeyd edib ki, üçüncü varianta görə, Qəzza zolağı BMT-nin nəzarətinə keçəcək: “Lakin İsrail bu planı yersiz hesab edir”.

 

Məlumata əsasən, danışıqlar ilkin mərhələdədir və bəzi ABŞ rəsmiləri bu planların həyata keçirilməsini çətin hesab edirlər.  Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Uatson is agentliyə açıqlamasında bildirib ki, Ağ Evdə hərbi qüvvələrinin sülhməramlı missiya çərçivəsində Qəzzaya göndərilməsi müzakirə edilmir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...