Dünyanın ən böyük ombasına sahib olmaq istəyən qadın - FOTOLAR

Dünyanın ən böyük ombasına sahib olmaq istəyən qadın - FOTOLAR

Böyük ölçülü model dünyanın ən böyük ombasına sahib olmaq istəyir.


Sfera.az bildirir ki, daim pizza yeyən və ayda 6 kiloqram şokolad qəbul edən 25 yaşlı Nataşa Kroun ikinci əməliyyatına qədər 20 kiloqram kökələ bilib.


Beləliklə, onun 6,5 metrlik ombası bədənə daha çox yağ yeritmək üçün hazır vəziyyətə gəlib.


Nataşa mövzu ilə bağlı açıqlama verərək:
 

''Nə qədər böyük olsa, bir o qədər yaxşıdır! Mən heç vaxt arıqlamaram. Ombalarım fərqli ölçüdə və qeyri-adi görünür. Stulları, çarpayıları, insanları ombamla sındırıram. Mən həmişə fərqli insan olmuşam. İsveç qadınları ümumiyyətlə incə və gözəldirlər. Amma məncə insanlar qadınları əslində olduğu kimi qəbul etməyi öyrənməlidirlər. İlk əməliyyatımdan sonra çox xoşbəxt idim. Altı aydan sonra böyük bir işin öhdəsindən gəldiyimi düşünürəm. Ancaq daha çox böyüməsini istəyirəm. Həkimim də təsdiqlədi. İkinci əməliyyata qərar verdik. Daha böyük ombalara sahib olmaq üçün daha çox yağa ehtiyacım olduğunu bilirdim. Buna görə də kökəlməyə qərar vermişdim. Yemək yeməyi onsuz da xoşlayıram. 20 kiloqram çəki aldım və sonra ikinci əməliyyatımı keçirdim”.


10 yaşında Serbiyadan İsveçə köçən Nataşa:
 

''Son 4 ildə üç omba və bir döş böyütmə əməliyyatı keçirmişəm. Çənəmə, dodaqlarıma və yanaq sümüklərimə dolgu çəkdirmişdim. Bunlar əməliyyat deyildi. Bunlar mənim görünüşümü tamamlamaq üçün edilən prosedurlar idi. İnsanlar yanıma gəlib “Böyük ölçülü modelsən?” deyə soruşurlar. Hazırda həftədə 3-4 dəfə məşq edirəm. Hər kəs 0 ölçülü olmaq istəyərkən, mən 50 ölçülü olmaq istəyirəm”.


Nataşanın İnstaqram hesabında 318 min izləyicisi var.


''Həkimlərlə döşlərimi necə düzəldə biləcəyinizdən də danışırıq. Hal-hazırda həqiqətən də çox sallanmış vəziyyətdədirlər. Mən onları tamamilə böyütmək istəyirəm. Məqsədim dünyanın ən böyük ombasına sahib olmaqdır. Heç nə məni dayandıra bilməz”.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...