“İnsanlar məndən qaçarkən, o sevdi" - VİDEO

“İnsanlar məndən qaçarkən, o sevdi

Nadir rast gəlinən xəstəlik səbəbiylə üzünün alt yarısı olmadan dünyaya gələn Cozef Uilyams (Joseph Williams) iş yerində bir qadınla tanış olub. Bir il sonra evlənən cütlüyü insanlar diqqət çəkmək üçün, saxta nikahda ittiham edir.

Sfera.az bildirir ki, ABŞ vətəndaşı Cozef Uilyams otofasial sindromla doğulub. Bu, mutasiyaya uğramış genin səbəb olduğu nadir anadangəlmə xəstəlikdir. Anadangəlmə üzünün alt yarısı olmayan Cozef danışma və yemək qabiliyyəti olmadan doğulub. Yalnız işarə dili və ya telefonunda mətni səsə çevirən proqramdan istifadə etməklə ünsiyyət qura bilir. Görünən deformasiya ilə yanaşı, onun eşitmə və qoxubilməsində də problemlər var. Qaynaqçı işləyən Cozef deyir ki, insanlar ondan qorxub qaçıblar. Bəzən ölmək istəsə də, tapdığı sevgisi ona sağ qalmağa kömək edib.
 

"Hər cür reaksiyalar alıram. Çox vaxt insanlar qorxduqları üçün məndən qaçırlar, qışqırırlar və ya ağlayırlar. Mən hamı kimi olmadığımı və bəzilərinin məni çirkin hesab edib qəbul etməyəcəklərini başa düşürəm, amma mən də ürəyi, hissləri və beyni olan bir insanam. Hər kəs kimi mənə də hörmətlə yanaşılmalıdır” - deyə o qonaq olduqları verilişdə bildirib.



Vanya ilə tanış olana qədər Cozefin sevgi tapmaq ümidi yox idi.

 

Onunla işdə ilk qarşılaşanda gördüklərinə inana bilməyib.
 

"Onun binaya girdiyini gördüm. Səhər tezdən idi... Fikirləşdim ki, doğrudanmı bunu görürəm? Onunla danışmaq istəmirdim. Maraqlı idi, amma kobudcasına ona nə olduğunu soruşmaq istəmirdim”-deyə Vanya da öz düşündüklərini xatırlayır.
 

Həmkarlar arasında qısa zamanda münasibət başlayıb.
 

"İkinci gün anladım ki, ona qarşı hisslərim var. O, işə gəldi və çönüb məni görəndə üzündə təbəssüm yarandı. Düşündüm ki, bu, indiyə qədər yaşadığım ən gözəl təbəssümdür. Sonra mən onun iş yerinin yanından keçəndə o, mənə salam göndərdi"-deyə Cozef xatırlayır.


 

Qadın tez-tez ərini aldatmaqda ittiham olunub.
 

Bir il sonra cütlük evlənib. Cozef Vanyaya onların ünsiyyətini asanlaşdırmaq üçün işarə dilini öyrədib. Vanya hətta boru vasitəsilə yeyilə biləcək yeməklər bişirməyi öyrənib.
 

Normal cütlük kimi öpüşə bilmədiklərinə görə insanlar onları diqqət mərkəzində qalmaq üçün saxta nikaha girməkdə ittiham ediblər. Qadın tez-tez insanların amansızcasına onu ərini aldatmaqda ittiham etdiyini deyir.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...

Mingəçevir icra hakimiyyətində faciə

Mingəçevirdə təmir işi görən gənc dünyasını dəyişib.   Sfera.az Unikal-a istinadla xəbər verir ki, hadisə 20 Yanvar küçəsində, Mingəçevir Şəhər İcra ...

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.   Sfera.az xəbər verir ki, Mos...