Ürəyinə stend qoyulan şəxs həkim otağının qarşısında ÖLDÜ - VİDEO

Ürəyinə stend qoyulan şəxs həkim otağının qarşısında ÖLDÜ - VİDEO

6 nömrəli şəhər poliklinikasında bülleteninin vaxtını uzatmaq üçün gələn bir kişi dünyasını dəyişib.

 

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, verilən məlumata görə, Məmməd Məmmədov 3 gün əvvəl ürəyinə stend qoydurub. Elə kardioloqun otağının qarşısında da yerə yıxılaraq dünyasını dəyişib.

 

Mərhum Məmməd Məmmədovun müayinəyə olunmaq üçün gəldiyi kardioloq Rahilə İsmayılova isə bildirdi ki, xəstə 26 oktyabrda döş qəfəsindəki ağrıyla gəlib. Ona müayinədən sonra təcili yardım çağırılıb.

 

Xəstəxanaların birində ürəyinə 2 stend qoyulub. Bu gün də xəstəlik vərəqəsinin vaxtını uzatmaq üçün poliknikaya gəlib. Həkim bildirdi ki, xəstə həmin an keçinməyib.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında da məlumat verilib.

 


OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...