“Qarabağ”ın oyununun yeri dəyişdirildi

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

“Qarabağ”ın müraciəti, “Kəpəz”in razılıq məktubu ilə Azərbaycan Premyer Liqasının II dövrəsinin “Kəpəz” - “Qarabağ” və III dövrəsinin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

Bildirilib ki, bu addım Ağdam təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer 04” ilə görüşə daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.

 

Beləliklə, XII turun duelində “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

 

Komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq"...

15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış edib

Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstinin müstəqilliyini tanımağa çağırıblar.   Sfe...

Bakıda skuter sürən qızı maşın vurub öldürdü

Avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.   Bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər...

Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir – Hikmət Hacıyev

“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.”   Sfera.az xəbər verir ki, bunu&nb...

FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer ...

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarınınsayı

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.   Sfera.az&nbs...