500 ildən çox yaşı olan mumiyanın canlı siması təqdim olundu - FOTO

500 ildən çox yaşı olan mumiyanın canlı siması təqdim olundu - FOTO

ABŞ antropoloqu Cohan Reinhardın  And dağlarının zirvəsində tapdığı 500 il yaşı olan mumiyanın mümkün canlı siması təqdim olunub.

 

Sfera.az xəbər verir ki, Reinhard mumiyanı 1995-ci ildə qarla örtülmüş Ampato vulkanında 6000 metrdən çox yüksəklikdə kəşf edib.

 

Perunun ən məşhur mumiyasının silikondan hazırlanmış büstü aydın yanaq sümükləri, qara gözləri və qaralmış dərisi olan gənc qadını təsvir edir.

 

Qədim insanların üzünün 3D rekonstruksiyasında ixtisaslaşan isveçli arxeoloq və heykəltəraş Nilsson bildirib ki, üzü modelləşdirmək üçün ona təxminən 400 saat lazım olub. Prosesdə Polşa, Peru alimləri və üz rekonstruksiyaları üzrə ixtisaslaşmış isveçli heykəltəraşdən ibarət bir qrup iştirak edib.

 

"Xuanita" və "İnka Buz Qızı" kimi tanınan mumiyanın üzü Arekipadakı Santa Maria Katolik Universitetinin And ziyarətgahları muzeyində mərasimlə təqdim edilib.

 

Varşava Universitetinin And Tədqiqatları Mərkəzindən polşalı bioarxeoloq Daqmara Soça mərasimdə bildirib ki, Xuanitanın üzünə nail olmaq üçün ilk addım olaraq kəllə sümüyünün surətini əldə ediblər: Daha sonra üz rekonstruksiyasında bədən skanları, DNT araşdırmaları, etnoloji xüsusiyyətlər, yaş, üz dərisindən istifadə edilib.

 

Antropoloji araşdırmalara görə, Xuanita eramızın 1440-1450-ci illəri arasında, 13-15 yaşlarında ikən qurban edilmişdir. Onun 1,40 metr boyu və 35 kilo çəkisi olub.

 

Con Hopkins Universitetinin kompüter tomoqrafiyasını aparan tədqiqatçıların fikrincə, ölümün ehtimal olunan səbəbi sağ oksipital lobun ağır zərbəsi olub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...