“Etirazçıları alnından vurun...” – Kadırovdan ŞOK QƏRAR
Dünya
15:31 / 31.10.2023
6428
Çeçenistanın rəhbəri Ramzan Kadırov etirazçıların saxlanması barədə göstəriş verib.
Sfera.az bildirir ki, o, bu barədə Rusiya Qvardiyasının nümayəndələrinin iştirakı ilə hökumətin iclasında deyib. Kadırov fikirlərini bu cür ifadə edib:
“İcazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud, havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, alnından dördüncü atəşı açın”, – o bildirib.
Müvafiq video Çeçenistan rəhbərinin teleqram kanalında yayımlanıb. Kadırov qeyd edib ki, qanuna tabe olmayan şəxslərin alnına güllənin vurulması onun sifarişidir.
Qeyd edək ki, oktyabrın 29-na keçən gecə Mahaçqalada yəhudi qaçqınların gəlişi ilə bağlı etiraz aksiyaları keçirilib.
Günay