“Makron Azərbaycana möhtac olacaq, çünki...” – Ekspertdən AÇIQLAMA

“Makron Azərbaycana möhtac olacaq, çünki...” – Ekspertdən AÇIQLAMA

“Fransa Prezidenti Emmanuel Makronun yaxın zamanda Azərbaycana işi düşəcək”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, səbəb isə sözügedən ölkənin elektrikə olan tələbatı ilə bağlıdır:

 

“Bu ölkə elektrik tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edir. Atom elektrik stansiyalarının çalışması üçün daima urana ehtiyac var. Fransa uranı Afrika ölkələrindən, əsasən də Nigerdən əldə edirdi. Ancaq Nigerdə çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina ediblər. Makron məhz buna görə noyabrın 1-də Qazaxıstana səfərə gedəcək. Qazaxıstan kifayət qədər uran ehiyatlarına malikdir. Astananın Fransaya uran satmağa hazır olması işin yarısıdır. Uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz yolundan istifadəyə üstünlük verilir.  

 

Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün iki – Rusiya və Azərbaycan marşrutu var. Ukrayna müharibəsiylə bağlı Fransanın Rusiya ilə münasibətləri gərgindir. Digər tərəfdən, Makron hakimiyyətə gəldiyi gündən bu yana Azərbaycan əleyhinə siyasət yürüdüb. Bu səbəbdən Qazaxıstan uranının Azərbaycan üzərindən Fransaya daşınması da mümkün görünmür”.

 

Ekspert bildirib ki, Makron Azərbaycan əleyhinə siyasətdən imtina edərsə və ölkəmizlə keçmişdə olan normal əlaqələrin bərpasına qərar verərsə, Qazaxıstan uranının Azərbaycan üzərindən daşınması ehtimalı arta bilər:

 

“Bunun üçün Makron Cənubi Qafqaz siyasətini köklü sürətdə korrektə etməlidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətl...

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...

FAKTİKİ HAVA: Bəzi yerlərdə 41 dərəcə isti var

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilər...