Bağça müdiri vəzifəsinə müsabiqənin müsahibə mərhələsi başladı - FOTO

Bağça müdiri vəzifəsinə müsabiqənin müsahibə mərhələsi başladı - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.

 

İdarədən Sfera.az-a bildirilib ki, 31 oktyabr-2 noyabr və 6-7 noyabr tarixlərində keçiriləcək müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 96 namizəd iştirak etmək hüququ qazanıb.

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir. Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar üzrə maksimum 5, minimum 3,5 bal toplamalıdırlar.


OXŞAR XƏBƏRLƏR

Kallasdan Ermənistana: "Tərəfdaşlığımızı dərinləşdirmək istəyinizi alqışlayırıq"

“Siyasi birlik İrəvanın tərəfdaşlığı dərinləşdirmək niyyətini alqışlayır”.    Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəb...

Dostluq körpüsü uçdu: 18 nəfər itkin düşdü

Çin və Nepalı birləşdirən körpü daşqın nəticəsində uçub.   Sfera.az xəbər verir ki, hadisə zamanı 18 nəfər itkin düşüb.   İtkin düşmüş şəx...

Sertifikasiya ilə işdən çıxarılanlar hansı fənlərin müəllimləridir? - AÇIQLAMA

Müəllimlərin təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 3338 nəfər iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq növbəti mərhələ olan müsahib...

Yayın ən şanslı 3 bürcü BUNLARDIR

2025-ci ilin yay fəslində ulduzlar bəzi bürclərə xüsusi şans vəd edir.    Sfera.az xəbər verir ki, astroloqların proqnozlarına görə, bu ilin iyu...

Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Region...

Hərbi prokuror sərhədçilərlə birlikdə

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə polkovniki Bəhruz Əhmədov Dövlət Sərhəd Xidmətinin Naxçıv...