Sağlam qidalanma üçün beş qızıl qayda – Həkimdən TÖVSİYƏLƏR

Sağlam qidalanma üçün beş qızıl qayda – Həkimdən TÖVSİYƏLƏR

Arıqlamaq istəyən insanların çoxu həm də sağlam olmaq istəyir – və yeməyinizin keyfiyyəti burada önəmlidir.

 

Sfera.az xəbər verir ki, həkim, müəllif və BBC televiziyasının daimi əməkdaşı Ranqan Çaterje  qidalanma ilə bağlı məsləhətləri yerinə yetirməyə gəldikdə ehtiyatlı olmağı məsləhət görüb:

 

"Əgər pəhrizinizin mükəmməl olduğuna əminsinizsə, mən sizi yenidən düşünməyə dəvət edərdim. Çünki hər şey hər insanın orqanizminə fərqli təsir edir”.

 

Çaterje deyir ki, şəxsi qidalanmanıza təsir edəcək bir sıra müxtəlif amillər də var: qida ilə münasibətiniz, irsiniz, mikrobiomunuza təsir göstərə biləcək nə qədər antibiotik qəbul etdiyiniz və buna uyğun necə qida emal edib, metabolizə etməyiniz. 

 

Həkim bildirib ki, sağlam pəhriz üçün 5 vacib məqam var.

 

İlk növbədə, şəkər yeməyi dayandırmaq lazım deyil:

 

"Bu, əksər insanlar üçün açıq şəkildə qeyri-realdır və məncə, insanların çoxunun buna ehtiyacı yoxdur. İnsanlar bioloji olaraq şəkərə ehtiyac duyurlar. Çünki şəkəri enerji və yağ kimi saxlamaq qabiliyyəti orqanizmə güc verir. Sadəcə müasir qida mühitində şəkəri yüksək olan keyfiyyətsiz qidalardan uzaq durmaq lazımdır”.

 

İkinci qayda isə bağırsaq mikroblarınıza qarşı yaxşı davranmalısınız:

 

“10 il əvvələ qədər müasir elm bağırsaq mikrobiomundan həqiqətən xəbərdar deyildi. Pozulmuş bir mikrobiom bağırsaq və həzm problemlərinizlə, eyni zamanda aşağı əhval-ruhiyyə və revmatoid artrit kimi neyrodegenerativ və otoimmün xəstəliklərin inkişafı ilə əlaqələndirilir. Ancaq sağlam bağırsaq mikrobiomunu təşkil edən bakteriyaların, virusların, göbələklərin və onların genetik materialının toplanması sağlam orqanizmə işarə edir. Hətta çəkiniz belə bağırsaq mikroblarınızın sağlamlığı ilə bağlıdır. Buna görə də həftədə 30 müxtəlif növ meyvə, tərəvəz, paxlalılar, tam taxıllar, ədviyyatlar, qoz-fındıq və toxum yeməyə çalışmaq tövsiyə olunur”.

 

Digər əsas məqam isə yemək yediyiniz vaxta diqqət etməkdir:

 

“Biz davamlı yemək üçün yaradılmamışıq. Fasiləli oruc tutmaq hər kəs üçün elə də rahat deyil. Professor Satçin Panda bir neçə il əvvəl bəzi araşdırmalar apararaq amerikalıların 50 faizdən çoxunun hər gün 15 saat yemək yediyini göstərdi, amma 50 il əvvəl planetdəki insanların çoxu yəqin ki, 12 saatlıq çərçivədə yemək yeyirdi”.

 

Mütləq pərhiz nəzarətdə saxlanmalıdır:

 

“Gündə 800 kalori olan zərərli qida ilə arıqlamaq mümkün olsa da, bu, ümumi sağlamlıq üçün yaxşı deyil. Faydalı hesab etdiyim çox sadə qayda odur ki, əgər aldığınız bir şeyin tərkibində beşdən çox inqrediyent varsa, bunun çox işlənmiş qida məhsulu olması şansı olduqca yüksəkdir. Bu qidalardan uzaq durmaq lazımdır”.

 

Son olaraq isə niyə yediyinizi bilməlisiniz:

 

“Problem odur ki, çox vaxt ac olduğumuz üçün deyil, başqa səbəblərdən yemək yeyirik. Bəzən mədəmizi deyil, ürəyimizdəki boşluğu doldurmaq üçün yeyirik. Biz tənha, yorğun və ya stresli olanda və ya partnyorumuzla mübahisə etdikdə bunu edirik. Axşam saat 21.30-da anidən dondurma yemək istəyəndə əslində özünüzdən nə hiss etdiyinizi soruşun. Fiziki, yoxsa emosional aclıq? Tənhalıqdırsa, bir qədəh şərab əvəzinə, bəlkə bir dostunuza zəng edəsiniz?”

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...