Yaponiyada 3 yaşlı uşaqları işə götürürlər – Maaşları isə...

Yaponiyada 3 yaşlı uşaqları işə götürürlər – Maaşları isə...

Yaponiyada təxminən 70 körpədən ibarət komanda qocalar evində “işə götürülüb”.

 

Sfera.az bildirir ki, bu barədə “Nbc news” məlumat yayıb. Qeyd olunub ki,  Yaponiyanın koronavirusa qarşı mübarizəsilə əlaqədar olaraq tənhalar artıb. Buna görə də 2021-ci ildə Yaponiya hökuməti ilk “tənhalıq naziri” təyin edib.

 

Kitakyushu şəhərindəki “İchoan” qocalar evinin 100-ə yaxın sakinindən biri olan 93 yaşlı Tatsuo Ojiro isə sözügedən addımla bağlı danışarkən,  “Uşaqları görmək mənə güc verir”, deyə söyləyib. Qocalar evinin direktoru Kimie Qondo hələ üç il əvvəl körpə işçilərlə bağlı ideyasının formalaşdığını deyib. O, qeyd edib ki, həmin zaman yeni doğulmuş nəvəsini qocalar evinə gətirib və yaşlı sakinlərin sevincinin şahidi olub. Məhz bundan sonra bu cür layihə üzərində düşünmək qərarına gəlib.

 

"Yaşlı insanların gülümsədiyini görəndə körpələrin hansı gücə sahib olduğunu anladım", deyə Qondo əlavə edib.

 

Məlumata görə, uşaqlardan ibarət komanda anaları ilə birlikdə buraya gəlir və qocalarla vaxt keçirirlər. Onlara maaş əvəzi olaraq uşaq bezi və dondurma verilir. Qondo işə qəbul tələblərindən də söz açıb: “Uşaqlar 3 yaşdan kiçik olmalıdırlar və nə qədər az danışsalar, bir o qədər yaxşıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, mətndə deyilir: &nb...

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...