Növbəti iki ildə pensiyalar nə qədər artacaq?

Növbəti iki ildə pensiyalar nə qədər artacaq?

“2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əmək haqqı 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə o orta aylıq nominal əmək haqqının 10,7 faiz artması deməkdir. Buna görə də gələn ilin əvvəlində pensiyaların 11 faiz artırılacağını söyləmək olar”.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

 

O, bildirib ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaq:

 

“2024-cü ildə isə orta aylıq nominal əmək haqqının 5,37 faiz artaraq 980 manata çatacağı proqnoz edildiyi üçün 2025-ci ilin yanvarında pensiyaların daha 6 faiz artırılacağını ehtimal etmək olar.

 

Sadə rəqəmlərlə ifadə etsək deyə bilərik ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaqdır.

 

Əlbəttə, bu verilən orta aylıq nominal əmək haqqı proqnozlarına görə olan hesablamalardır. 2024-cü ilin əvvəlində gözlənilən 11 faizlik artımın baş vermə ehtimalı daha çox, 2025-ci ilin əvvəlinə isə bir neçə faizli nisbi xəta mümkündür”. (Globalinfo.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni villa qiymətinə təmirsiz ev ALDI

Müğənni Nəfəs maraqlı etiraf edib.   Sfera.az xəbər verir ki, o, barəsində deyilən iddiaları təsdiqləyib.   Məlum olub ki, sənətçi kirayə ...

Həcc ziyarəti üçün ayrılan kvota 99 faiz dolub

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99 faiz dolub.   Sfera.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna c...

Mənzillərin yarısı ipoteka krediti ilə satılır - "Kreditlə ev almaq qazanclıdır"

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 3,5 milyard manatı keçib. Bununla yanaşı, 549,4 milyon manat məbləğində biznes kreditl...

Tramp Putini çıxdaş edir? - ABŞ-nin yeni MƏQSƏDİ

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar layihəsini dəstəklədiyini və bu istiqamətdə konkret addımlar atmağa hazır olduğunu bildirib. Uk...

Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika ...

İngiltərə və Rusiya qələbəni fərqli qeyd edəcək - Ukrayna artıq yerini müəyyənləşdirib

İkinci Dünya müharibəsində Avropada qələbənin 80-ci ildönümü münasibətilə İngiltərədə genişmiqyaslı hərbi parad və anım mərasimləri keçiriləcək.  Kral III...