Hansı sektor daha güclü müdafiə olunur - Dövlət, yoxsa özəl?

Hansı sektor daha güclü müdafiə olunur - Dövlət, yoxsa özəl?

Azərbaycanda ilk dəfə keçirilən “Kibermüharibə” yarışı başa çatıb. Bir neçə ay davam edən yarışmada kritik qurumların, əsasən dövlət və özəl sektorun, bankların kiber komandaları, təmsil etdikləri qurumların kiber təhlükəsizliyini necə qoruyacaqlarını nümayiş etdiriblər.

 

Yarışmanın ötən həftənin sonunda baş tutan yekun mərhələsində  ilk üç yerin qalibləri SOCAR, Azercell və Prezidentin Təhlükəsizlik Xidmətinin kiber komandaları olub.

 

Maraqlıdır, hansı sektor daha güclü müdafiə olunur?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, “Azercell”in də dövlət şirkəti olduğu nəzərə alınarsa, ölkənin kiber sektorunda ən güclülər dövlət sektorundadır:

 

“Elə finalda yarışan 20 komandanın da yekun nəticələri bunu deməyə əsas verir. Ballara baxanda görünür ki,  dövlət sektoru daha üstündür. Özəl sektor, xüsusən banklar bu haqda ciddi düşünməlidirlər.

 

Ekspert qeyd edib ki, qərar qəbul edənlər, maraqlı tərəflər kibertəhlükəsizliklə və kritik infrastrukturla bağlı sahənin inkişafına, bu sahəyə resursların ayrılması və ondan effektiv istifadə məsələlərinə diqqəti artırmalıdırlar.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətl...

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...

FAKTİKİ HAVA: Bəzi yerlərdə 41 dərəcə isti var

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilər...