“Dünyada bahalaşma yenidən güclənə bilər” – Dünya Bankı

“Dünyada bahalaşma yenidən güclənə bilər” – Dünya Bankı

Dünya Bankı “Geosiyasi risklərin kölgəsində” başlığı ilə Əmtəə Bazarlarına Baxış Hesabatının 2023-cü ilin oktyabr buraxılışını dərc edib. Hesabatda qeyd olunub ki, Yaxın Şərqdəki münaqişəli vəziyyət əmtəə bazarlarında yenidən qeyri-müəyyənlik yaradıb. 


Sfera.az hesabata istinadən xəbər verir ki, OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət qrupun (OPEC+) neft tədarükünü könüllü şəkildə azaltması enerji qiymətlərinin üçüncü rübdə 9 faiz artmasına səbəb olub və bunun nəticəsində qiymətlər 5 faiz yüksəlib. 


Dünya Bankının hesabatına əsasən, münaqişənin əmtəə qiymətlərinə təsiri hələlik məhduddur. Bununla belə neftin qiymətinin münaqişə başlayandan bəri təxminən 6 faiz artdığı, kənd təsərrüfatı mallarının, əksər metalların və digər malların qiymətlərinin demək olar ki, sabit qaldığı qeyd edilib: “Lakin tarix göstərir ki, münaqişənin gərginləşməsi neft və digər əmtəə qiymətlərinin artmasına gətirib çıxara biləcək böyük riskdir. Bunun baş verməsi regionda və bütün dünyada ərzağın bahalaşmasına səbəb olacaq. Münaqişə şiddətlənəcəyi təqdirdə əmtəə qiymətləri ilə bağlı proqnoz sürətlə pisləşəcək. Qiymətlərin artmasına yüklərin daşınmasında çətinliklərin yaranması da köməklik edəcək”.


Hesabatda qeyd olunub ki, neft tədarükündə kiçik pozulma olarsa, qlobal neft tədarükünün sutkada 500 min barel azalaraq 2 milyon barelə düşəcəyi və neftin qiymətinin 93-102 dollar diapazonuna çatacağı proqnozlaşdırılır: “Təchizatda mülayim pozulma halında qlobal neft təklifi sutkada 3-5 milyon barel azalacaq və neft qiymətləri 109-121 dollara yüksələcək. Daha pis vartiantda isə neft təklifinin gündəlik 6-8 milyon barrel azalacağı və qiymətlərin bir barel üçün 140-157 dollara yüksələcəyi proqnozlaşdırılır”. 


Dünya Bankı bununla belə vurğulayıb ki, müasir dünya iqtisadiyyatı 1970-ci illərdə neft qiymətlərindəki böyük şokun öhdəsindən gəlmək üçün daha yaxşı vəziyyətdədir. 


Hesabatda yer alan əmtəə qiymətləri ilə bağlı proqnozlara əsasən, bu il qiymətlərin 23,5 faiz, gələn il isə 4,1 faiz azalacağı gözlənilir. 2025-ci ildə isə qiymətlər sabitləşəcək. Hesabatda enerji qiymətlərinin bu il 28,8 faiz, gələn il isə 4,5 faiz azalacağı təxmin edildiyi, “Brent” tipli xam neftin qiymətinin bu il orta hesabla 84 dollar olacağı gözlənilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətl...

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...

FAKTİKİ HAVA: Bəzi yerlərdə 41 dərəcə isti var

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilər...