“Qarabağ”ın sabiq hücumçusu: “Bayer 04” ilə Bakıdakı oyun fərqli keçəcək”

“Qarabağ”ın sabiq hücumçusu: “Bayer 04” ilə Bakıdakı oyun fərqli keçəcək”

“Bayer 04” ilə Bakıdakı oyun fərqli keçəcək”.

 

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Azərbaycan çempionunun Almaniya klubu “Bayer 04”lə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu ilə bağlı danışarkən deyib.

 

Gənc mütəxəssis ötən həftə Leverkuzendə qeydə alınan 1:5 hesablı məğlubiyyətə baxmayaraq, Ağdam komandasından evdə uğurlu çıxış gözləyir: “Rəqibin kimliyindən asılı olmayaraq, azarkeşlər “Qarabağ”dan Bakıdakı matçlarda həmişə qələbə gözləyirlər. Bu, komandaya olan inamdan xəbər verir. Təmsilçimiz səfərdə böyük hesabla uduzmasına baxmayaraq, əminəm ki, növbəti dueldə almanlarla rəqabət aparacaq. Fikrimcə, başqa mübarizə izləyəcəyik”.

 

R.Əliyev “Bayer 04”ün hazırda çox yaxşı formada olduğunu vurğulayıb: “Bayer 04” ən yaxşı formada olduğu dönəmdə “Qarabağ”la qarşılaşır. Aradakı səviyyə fərqi çox böyükdür. Təsadüfi deyil ki, onlar hazırda Almaniya Bundesliqasına liderlik edirlər. Avropa Liqasında da qrupun aşkar favoritidirlər. Qrup ikinciliyinə isə “Qarabağ”ı daha şanslı hesab edirəm”.

 

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında növbəti oyun noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq"...

15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış edib

Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstinin müstəqilliyini tanımağa çağırıblar.   Sfe...

Bakıda skuter sürən qızı maşın vurub öldürdü

Avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.   Bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər...

Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir – Hikmət Hacıyev

“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.”   Sfera.az xəbər verir ki, bunu&nb...

FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer ...

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarınınsayı

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.   Sfera.az&nbs...