Goranboy sakini müəmmalı şəkildə ölüb, araşdırma aparılır

Goranboy sakini müəmmalı şəkildə ölüb, araşdırma aparılır

Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub.

 

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.

 

M.Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyevanın dəstəyi ilə qazimizin gözləri əməliyyat olundu - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda hər iki gözünü itirmiş Kamran Baxışlıya implant gözlər yer...

"Yatağımın yanında bir Quran var" - Amerikalı məşhur aktyor

“You” serialının ulduzu, məşhur amerikalı aktyor Penn Badqley verdiyi son müsahibədə səsləndirdiyi sözlərə görə gündəmə gəlib. Aktyor gündəlik həyat...

Aİ Rusiya enerji resursundan tam imtina edəcək

Avropa Komissiyası (AK) mayın 6-da Strasburqda Avropa İttifaqının (Aİ) Rusiya enerji resurslarından tamamilə imtina planını təqdim edəcək.    Sf...

Leysan yağacaq, şimşək çaxacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-dən 6-na keçən gecə və səhər yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə inten...

Aygünə görə görünməmiş izdiham: "Hollivud" ulduzları kimi yola saldılar - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu 2025" keçirilib.   Sfera.az Mili.az-a istina...

Bu ailələr ayda 100 manat ala bilər – Detallar

Azərbaycanda bəzi aztəminatlı ailələrə müavinət verilir.   Sfera.az Globalinfo.az-a istiadən xəbər verir ki, bu, ailənin ünvanlı sosial yar...