“Humanitar təşkilatlar süni intellektə investisiya qoyur” -  “Euronews”

“Humanitar təşkilatlar süni intellektə investisiya qoyur” -  “Euronews”

Müasir dövrdə süni intellekt bir sıra sahələrdə istifadəyə yararlıdır. O, suallarımıza cavab verə, təsvirlər yarada və hətta bizim üçün virtual dost formalaşdıra bilər. 

 

Sfera.az “Euronews”a istinadən bildirir ki, son zamanlar bir sıra humanitar təşkilatlar da işlərini təkmilləşdirmək üçün süni intellektə investisiya qoyurlar. Bunlardan biri də  Beynəlxalq Qızıl Xaç Komitəsidir.

 

“Euronews”un məlumatına görə, 2019-cu ildə qurum minaları daha effektiv aşkar etmək üçün süni intellektdən istifadə etməyə başlayıb: “Əvvəllər təşkilatda çalışan mütəxəssislər mina aşkar edən dronların infraqırmızı şəkillərini təkbaşına təhlil edirdilər. Bu da çox vaxt aparan və qeyri-dəqiq proses idi. İndi isə süni intellekt mütəxəssislərə kömək edir. Bu isə vaxta xeyli qənaət edir”.

 

Süni intellektdən istifadə edən digər təşkilatlardan biri də “Sərhədsiz Həkimlər Fondu”dur. Qurum 2023-cü ildən bəri “AI4CC” layihəsinin bir hissəsi kimi bu cür süni intellekt testini keçirir: “Layihənin məqsədi Malavi kimi ucqar ərazilərdə uşaqlıq boynu xərçəngi diaqnozlarının dəqiqliyini artırmaqdır. Bu bölgələrdə resurs çatışmazlığı səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşir. Nəticədə, hər il minlərlə insan həyatını itirir. Süni intellekt isə kompüter tərəfindən qeydə alınan və təsnif edilən şəkillər sayəsində lezyonların mövcudluğunu 90%-dən çox dəqiqliklə müəyyən edə bilir”.

 

“Euronews” həmçinin qeyd edib ki, süni intellekt humanitar təşkilatlar tərəfindən əhalini qorumaq və həyat keyfiyyətimizi yaxşılaşdırmaq üçün müxtəlif üsullarla istifadə olunur: “Məsələn, süni intellekt vasitəsilə təbii fəlakətləri daha dəqiq proqnozlaşdırmaq mümkündür. Yaxud  “UNICEF” Avropa Kosmik Agentliyi (ESA) ilə əməkdaşlıq edərək, hətta subtropik ölkələrdə müəyyən xəstəlikləri proqnozlaşdırmaq və onlarla mübarizə aparmaq üçün süni intellekt modelləri hazırlayıb”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...