Toppuş bacının əri: "Tünzalə öləcəyini bildiyindən yası üçün dolabda..." - FOTO

Toppuş bacının əri:

"Bu güllər həyat yoldaşım Tünzaləyə aldığım ilk güllərdir. Onu saxlayırdı. Deyirdim ki, eşqim, at o gülləri getsin. Tünzalə isə cavabında, axı bu gülləri mənə sən almısan necə atım. O bu gülləri 9 il saxladı. İndidən sonra isə mən saxlayacağam".

 

Sfera.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.  


Aktrisanın əri bildirib ki, Tünzalə vəfat edəcəyini öncədən bildiyindən yas mərasimi üçün dolabında  1000 manat pul saxlayıb: 
 

"21 yanvar Tünzalə anama deyib ki, mən öləcəyəm. Artıq son günümdür. Röyala de ki, narahat olmasın, sıxıntı çəkməsin. Dolabda 1000 manat pul var. Röyal onu götürsün, yas mərasimim üçün sıxıntı çəkməsin. Bunu isə mənə anam 24 yanvar tarixində dedi. Açıb dolabı gördüm ki, 2 dənə 500 manat var.
 

Tünüşüm (həyat yoldaşı Tünzalə Əliyevanı elə çağırırmış - red.), saçlarımın ağardığını görmədin. Amma deyirdi ki, saçların ağaranda sənə yaraşacaq. Sanslıyam ki, sənin ağaran saçlarını gördüm".
 

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən bu il yanvarın 22-də 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var. O hazırda "Qara tikan" serialına çəkilir. Eyni zamanda Abdulla Şaiq adına Kukla Teatrında tamaşalarda kiçik rolları canlandırır.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 3 yüksək vəzifəyə təyinat oldu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) hüquq, insan kapitalının idarəolunması və daxili audit departamentlərinin rəhbəri vəzifələrinə təyinat...

Azərbaycanlı müğənni villa qiymətinə təmirsiz ev ALDI

Müğənni Nəfəs maraqlı etiraf edib.   Sfera.az xəbər verir ki, o, barəsində deyilən iddiaları təsdiqləyib.   Məlum olub ki, sənətçi kirayə ...

Həcc ziyarəti üçün ayrılan kvota 99 faiz dolub

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99 faiz dolub.   Sfera.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna c...

Mənzillərin yarısı ipoteka krediti ilə satılır - "Kreditlə ev almaq qazanclıdır"

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 3,5 milyard manatı keçib. Bununla yanaşı, 549,4 milyon manat məbləğində biznes kreditl...

Tramp Putini çıxdaş edir? - ABŞ-nin yeni MƏQSƏDİ

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar layihəsini dəstəklədiyini və bu istiqamətdə konkret addımlar atmağa hazır olduğunu bildirib. Uk...

Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika ...