Qlobal smartfon bazarının top brendi olan “OPPO” eksklüziv olaraq “Kontakt”da - FOTO

Qlobal smartfon bazarının top brendi olan “OPPO” eksklüziv olaraq “Kontakt”da - FOTO

“Kontakt” daha bir qlobal smartfon brendinin – “OPPO”nun eksklüziv partnyoru oldu. Smartfon bazarında top 5 brenddən biri olan “OPPO”nun gəlişinə özəl şəbəkə yaxın günlərdə partnyorlar, influenserlər və KİV-in iştirakı ilə xüsusi təqdimat tədbiri həyata keçirib.

 

 

Tədbirdə “Kontakt”ın baş direktoru Həsən İsrafilzadə,  “OPPO”nun Mərkəzi Asiya və Qafqaz üzrə baş təmsilçisi Viktor Çanq, “OPPO”nun Mərkəzi Asiya və Qafqaz üzrə Marketinq və Brend İnkişafı Departamentinin direktoru Botagöz Karibayeva çıxış edərək brendin ölkəmizlə bağlı gələcək planlarından, həmçinin ortaq tərəfdaşlıqdan bəhs ediblər.

 

“Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə “OPPO”nu innovasiyalar, irəli texnologiyalar, keyfiyyət, qiymət siyasəti və daha bir çox xüsusiyyətlərinə görə qlobalda lider brendlərdən olduğunu vurğulayıb. Belə bir brendin “Kontakt”da olmasını şəbəkənin zəngin məhsul çeşidlərinə çox layiqli bir əlavə olduğunu qeyd edib.

 

 

Viktor Çanq isə öz növbəsində “Kontakt”ı Azərbaycanın pərakəndə satışlar üzrə lider şəbəkəsi adlandırıb. O, eyni zamanda iki şirkətin əməkdaşlığının nəticəsində azərbaycanlılara yüksək keyfiyyətli məhsullar və təcrübə təqdim edəcəklərinə inandığını bildirib və hamını geniş çeşidlə tanış olmaq üçün “Kontakt” mağazalarına dəvət edib.

 

 

Botagöz Karibayeva isə çıxışında “OPPO” brendinin yeni bazarda təqdim olunması, şirkətin nailiyyətləri və Azərbaycanla tərəfdaşlığın vacibliyindən bəhs edib.

 

 

Gecəyə “OPPO” nun ölkəmizdəki brend siması olan müğənni Hissin çıxışı, eləcə də digər əyləncəli proqramlar xüsusi maraq qatıb.


 

Tədbir iştirakçıları həmçinin “OPPO” brendinə məxsus smartfon və planşetləri yerindəcə test etmək imkanı əldə edib.

 

 

Qeyd edək ki, “OPPO” daim innovativ texnologiyanı yaratmağa çalışır. Dünya üzrə 60-dan çox ölkədə müştərilərə əlçatan olan brend bu gün OPPO Find X və Reno seriyaları da daxil olmaqla, geniş çeşiddə ağıllı cihazlar təqdim edir. Son model OPPO Reno 10 5G smartfonu isə hazırda dünya üzrə “OPPO” məhsulları arasında satış liderləridir.

 

Dünyada 500 milyondan çox istifadəçisi olan OPPO smartfonlarını brendin ölkəmizdəki eksklüziv distributoru olan “Kontakt” mağazalarından nağd alışda 300 manatdan başlayan qiymətlərlə, hissəli alışda isə, ayda 15 manatdan başlayan şərtlərlə əldə edə bilərsiniz

 

Məlumat üçün bildirək ki, hal-hazırda “Kontakt” mağazalar şəbəkəsinin Azərbaycan üzrə ümumilikdə 38 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 3, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Aygünə görə görünməmiş izdiham: "Hollivud" ulduzları kimi yola saldılar - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu 2025" keçirilib.   Sfera.az Mili.az-a istina...

Bu ailələr ayda 100 manat ala bilər – Detallar

Azərbaycanda bəzi aztəminatlı ailələrə müavinət verilir.   Sfera.az Globalinfo.az-a istiadən xəbər verir ki, bu, ailənin ünvanlı sosial yar...

Azərbaycanda 3 yüksək vəzifəyə təyinat oldu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) hüquq, insan kapitalının idarəolunması və daxili audit departamentlərinin rəhbəri vəzifələrinə təyinat...

Azərbaycanlı müğənni villa qiymətinə təmirsiz ev ALDI

Müğənni Nəfəs maraqlı etiraf edib.   Sfera.az xəbər verir ki, o, barəsində deyilən iddiaları təsdiqləyib.   Məlum olub ki, sənətçi kirayə ...

Həcc ziyarəti üçün ayrılan kvota 99 faiz dolub

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99 faiz dolub.   Sfera.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna c...

Mənzillərin yarısı ipoteka krediti ilə satılır - "Kreditlə ev almaq qazanclıdır"

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 3,5 milyard manatı keçib. Bununla yanaşı, 549,4 milyon manat məbləğində biznes kreditl...