Xızıda minik avtomobili yandı

Hadisə
22:18 / 29.10.2023
17849
Xızı rayonunun Giləzi qəsəbəsində “Mercedes-Benz” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sfera.az-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.