Müllerdən yeni REKORD

19:34 / 29.10.2023
6177
"Bavariya"nın futbolçusu Tomas Müller Münhen təmsilçisinin tarixinə düşüb.
Sfera.az Almaniya mediasına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Bundesliqanın 9-cu turunda "Darmştadt"a qarşı matçda (8:0) qol vurmaqla buna nail olub. O, klubun heyətində 15 mövsüm Bundesliqada qol vuran ilk oyunçu adına yiyələnib.
Müller Bundesliqada 14 mövsümdə qol vurmuş Gerd Müller, Klaus Augentaler və Mehmet Şollu geridə qoyub.