Boksçularımız beynəlxalq turnirdə mübarizə APARACAQLAR

Boksçularımız beynəlxalq turnirdə mübarizə APARACAQLAR

Oktyabrın 30-da Belarusda yeniyetmə boksçular arasında açıq Minsk birinciliyi keçiriləcək. 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da gücünü yoxlayacaq.

 

Sfera.az xəbər verir ki, yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçisi Teymur Məmmədov Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Fərid Səlimov, Əli Məmmədov (hər ikisi 46 kq), İsmayıl Rzayev (48 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı, Əli Baxışov (hər ikisi 52 kq), Sübhan Babayev (54 kq), Nurlan Abışov (57 kq), Raul Əsədullayev, Turqay Rəhimli (hər ikisi 60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərova (+80 kq) şans verəcək.

 

Nəsrəddin Məmmədov isə ölkəmizi hakim kimi təmsil edəcək.

 

Qeyd edək ki, turnirdə ev sahibləri və Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan və digər ölkələr də mübarizə aparacaqlar.


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq"...

15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış edib

Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstinin müstəqilliyini tanımağa çağırıblar.   Sfe...

Bakıda skuter sürən qızı maşın vurub öldürdü

Avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.   Bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər...

Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir – Hikmət Hacıyev

“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.”   Sfera.az xəbər verir ki, bunu&nb...

FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer ...

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarınınsayı

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.   Sfera.az&nbs...