Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın bu günlərindən ÖZÜNÜZÜ QORUYUN!

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın bu günlərindən ÖZÜNÜZÜ QORUYUN!

Noyabr ayında zəif və güclü maqnit qasırğaları gözlənilir. 

 

Günəş aktivliyi hər bir insana fərqli təsir göstərir. Bəziləri üçün depressiv əhval-ruhiyyə və ya miqren, digərləri üçün isə xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur.

 

Noyabrda maqnit qasırğaları ayın 18-20, 24-26, 29-30-da olacaq.

 

Noyabr ayının təhlükəli tarixlərinin təqvimi:

 

• 18-20 noyabr – zəif geomaqnit qasırğası;

 

• 24-26 noyabr – orta geomaqnit qasırğası;

 

• 29-30 noyabr – zəif qasırğa.

 

Hər bir insan maqnit qasırğalarını hiss edə bilər. Bu dövrdə meteohəssas insanlar xüsusilə diqqətli olmalıdırlar. Ən çox müşahidə olunan əlamətlər bunlardır:

 

• depressiv əhval-ruhiyyə və əsəbilik,

 

• qan təzyiqinin artması və ya azalması,

 

• yuxunun pozulması,

 

• oynaq ağrısı,

 

• apatiya və ya narahatlıq,

 

• baş ağrısı və başgicəllənmə,

 

• xroniki xəstəliklərin kəskinləşməsi.

 

Təhlükəli günlərdə sadə tövsiyələrə əməl etməlisiniz:

 

►Fiziki fəaliyyətlə məşğul olun.

 

►Sağlam qidalanmaya riayət edin.

 

►İstirahət edin və kifayət qədər yatın.

 

►Daha çox təmiz su için.

 

 ►Spirtli içkilər və yağlı qidalar qəbul etməyin.

 

►Stressdən və narahatedici hadisələrdən çəkinin.

 

►Lazımi dərmanlar üçün evinizdəki ilk yardım dəstinin içindəkiləri yoxlayın. (lent.az)


OXŞAR XƏBƏRLƏR