Blogger bu dəyişim üçün 10 min dollardan çox pul xərclədi - FOTOLAR

Blogger bu dəyişim üçün 10 min dollardan çox pul xərclədi - FOTOLAR

Qadınların özlərini daha gözəl və cazibədar etmək istəyi tamamilə adi və başa düşülən bir şeydir. Bununla belə, bəzən gözələşmək həvəsi çox qeyri-müəyyən nəticələrə gətirib çıxarır.

Sfera.az bildirir ki, Sofiyadan olan (Bolqarıstan) 26 yaşlı Andrea İvanova bunu öz nümunəsi ilə nümayiş etdirir. O, özünü dünyanın ən böyük dodaqlı qadını etmək istəyib.
 

O, artıq dodaq böyütməyə təxminən 10 min dollar xərcləyib.
 

Dodaqlarının artıq üzünün yarısını tutmasına və qorxulu görünməsinə baxmayaraq, Andreanın dayanmaq fikri yoxdur. O, bu yaxınlarda İnstaqramda "pul öpüşləri" hərraca çıxarıb. Andrea Yeni il zamanı görünüşünü daha da gözəlləşdirmək istəyir.


O, 2018-ci ildə xarici görünüşünü dəyişməyə başlayıb. Bratz gəlinciyinə bənzəmək istəyən Andrea dodaqlarını doldurmaqla yanaşı, çənəsinə də dolğular vurub.


Sosial şəbəkədə 29.000-dən çox izləyicisi olan Andrea:
 

“Dünyanın ən böyük dodaqlarından əlavə, ən böyük yanaq sümüklərinə sahib olmaq istəyirəm" deyib.
 

"İndiyə qədər almacıq sümüklərimə dörd dəfə hialuron turşusu iynəsi vurmuşam, lakin bir həftə ərzində daha ikisini vuracağam. Sağalma prosesi üçün üç gün üzümə çox müdaxilə etməməliyəm. Mən daha böyük dodaqlar istəyirəm.Onları daha da böyütmək üçün daha çox iynə vurmağa davam edəcəyəm”.
 

Bu gün 34-dən çox iynə vurduran, Andrea dayanmaq bilmir.
 

Bir neçə klinika ondan imtina edib, çünki dodaqları çox nəhəngdir və dolğunun yeni hissələri ciddi fəsadlarla nəticələnə bilər.


İnsanların böyük əksəriyyəti Andreanın özünü dəyişmək istəyini başa düşmür və onun bir vaxtlar gözəl olan üzünü eybəcərləşdirdiyinə inana bilmir. Qızın ailəsi də bu vəziyyətdən narahatdır.
 

"Ailəm yeni görünüşümü bəyənməsə də, dəyişikliklərlə bağlı seçimimə hörmət etməlidir. Öz zövqüm və gözəlliyə baxışım fərqli olduğu üçün insanların şərhlərinə əhəmiyyət vermirəm. Qorxmaq və ya başqalarının fikirlərindən narahat olmaq lazım deyil, çünki həyatın mənası xoşbəxt olmaqdadır"-deyə o bildirib.


Aynil
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Deputatdan TƏKLİF - Azərbaycanda yeni Kəbə yaradılsın

Azərbaycanda yeni Kəbənin yaradılması təklif edilib.   Sfera.az xəbər verir ki, bu təkliflə deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sə...

Hərbi xidmətə getməyə hazırlaşan tələbənin faciəli sonu - TƏFƏRRÜAT

Ötən gün ağır qəzada həlak olan Əşrəfin atası da bir neçə il əvvəl vəfat edibmiş.   Sfera.az xəbər verir ki, o, ali məktəbə hazırlaşdığı dövrdə atası...

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Sosial şəbəkələrdə və internet satış portallarında avtomobil nömrələrinin çox baha qiymətlərə satıldığını görürük. Hətta 50-100 min manata qədər qiymətlərlə qar...

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun...

Sumqayıtda avtobus avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.   Sfera.az məlumat verir ki, hadisə Bakı küçəsində qeydə alı...

Bayden xərçəngə tutulmasından danışd

Xəbər verdiyimiz kimi, ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, o, bu xəbərdən sonra &l...