Britni Spirs nənəsinin 31 yaşında niyə intihar etdiyindən yazıb

Britni Spirs nənəsinin 31 yaşında niyə intihar etdiyindən yazıb

Britni Spirsin oktyabrın 24-də artıq işıq üzü görən "Məndəki qadın" (“İçimdəki qadım”) adlı xatirə kitabında pərdəarxası həyatı haqqında pərəstişkarları nə qədər çox öyrənirsə, onun hərəkətlərini bir o qədər də anlayırlar. Sənətçinin ailəsi ilə bağlı hekayələri çoxları üçün əsl şok olub. O, təkcə valideynləri ilə münasibətini deyil, həm də ata nənəsi Emma Jean Spirs haqqında da açıqlamalar edib.
 

Sfera.az bildirir ki, Britni nənəsi ilə çox oxşar taleləri olduğunu hesab edir.
 

Britni Spirs şəxsi həyatı ilə bağlı 10 şok sirri açıqlayıb.


O, hər kəsin Jean kimi tanıdığı və Britninin ikinci adı verilən nənəsinin illər boyu travma və itkilərə tab gətirdiyi hekayəsindən danışıb.
 

Nənəsi kiçik oğlunun məzarı başında özünü güllələyib.


Britninin nənəsi Emma Jean Jun Spirs polis məmuru ilə evlənib. Jun Spirs, üç fərqli qadından 10 uşaq sahibi olub. O, 11 yaşında olan qızına cinsi təcavüz etməkdə günahlandırılıb. 16 yaşında qızı evdən qaçıb.



Nənə Emmanın Jun ilə evliliyi faciələrə dolu olub. Oğlu doğulduqdan sonra üç gün sonra vəfat edib. Əri isə litium qəbul edərək, ruhi xəstəxanaya yerləşdirilib. Britni atasının himayəsində olarkən məhz bu dərmanı qəbul etməyə məcbur edilib.



1966-cı ilin rütubətli bir yaz günündə Emma oğlunun dəfn olunduğu qəbiristanlığa girib, başına 12 kalibrli ov tüfəngini tuşlayaraq, tətiyi çəkib.



Müğənninin sözlərinə görə, onun pis babası təkcə həyat yoldaşı Jeanı deyil, uşaqlarını da alçaldıb. Hələ 2022-ci ildə Britninin bibisi Li Ann Spirs “New York Magazine”ə şok açıqlama verib. O, müsahibə zamanı işlədiyi kilsədən evə gedərkən atasının onu cinsi əlaqəyə girməyə məcbur etdiyini iddia edib.



"Ümid edirəm ki, o, cəhənnəmdə yanacaq" - deyə o bildirib.



Jeanın ölümündən səkkiz ay sonra Junun üçüncü həyat yoldaşı da nəşrə daim döyüldüyünü və evlilikləri zamanı ona qarşı çoxlu qəddarlıq edildiyini bildirib.

 


Britni yazır ki, babası atası Ceymi hətta yorğun halda da saatlarla basketbolla məşğul olmağa məcbur edib.



O, atasının uşaqlıqda keçirdiyi travmanın ona və bacılarına münasibətinə təsir etdiyini düşünür.


"Mən bilirəm ki, travma atamın mənim və qardaşlarımla olan münasibətinin bir hissəsidir.” kitabda deyilir.



Qeyd edək ki, Britni 2008-2021-ci illərdə atası Ceymi Spirsim himayəsində olub. O, atasını kobud kimi təsvir edir. Müğənni əlavə edib ki, atası hər şeyi idarə etməyi sevirdi.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsraillə müharibə zamanı İranda ölənlərin sayı açıqlanıb

İsraillə 12 günlük müharibə nəticəsində İranda həlak olanların sayı 1062 nəfərə çatıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hök...

Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətl...

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...