92 yaşlı alim dünya rekorduna imza atdı - FOTO
Ömrünü Almaniya və İspaniya arasında keçirən 92 yaşlı Alfredo Aliaga dünya rekordu qıraraq Böyük Kanyonun zirvəsinə çıxan ən yaşlı insan olub.
Sfera.az bildirir ki, təqaüddə olan geologiya doktoru bununla da kifatətlənmək niyyətində deyil. O, gələn il yeni səfər planlaşdırır.
Alfredo oktyabrın 14-də qızı, kürəkəni və iki könüllü şahidə qoşularaq hikingə başlayıb. İki gün və 21 saatdan çox trekkinqdən sonra Alfredo kanyonun şimal nöqtəsindən cənub nöqtəsinə qədər 24 mil məsafəni qət edən ən yaşlı insan olaraq, əvvəlki rekordçunu üstələyib. Son nöqtədə 100 nəfərə yaxın qrup ümidsizcəsinə qocanı gözləyib.
Alfredonun Şimali Karolinada yaşayan qızı Anabelle Aliaga-Buchenau bunun çox ilhamverici olduğunu bildirib.
Alfredonun sözlərinə görə, o, bu keçidi ilk dəfə etmir. Sonuncu keçən il olub. Bu dəfəki isə yaddaqalan olub, çünki onu dəstək komandası gözləyib.
Alfredonun Böyük Kanyona olan həvəsi 1990-cı illərdən başlayır. Onun geologiya üzrə fəlsəfə doktorluğu dərəcəsi var və həmişə qayalara heyran olub. 1996-cı ildə təqaüdə çıxdıqdan sonra Alfredo və həyat yoldaşı bir ili mikroavtobusda Amerika Birləşmiş Ştatları və onun milli parklarını gəzərək keçiriblər.
Alfredonun gəzintiyə olan sevgisi onu və həyat yoldaşını Avstraliya, Çili və Everest baza düşərgəsinə səyahətlər də daxil olmaqla, uzun bir macəralar siyahısına qoşub. 2006-cı ildə həyat yoldaşı vəfat etdikdən sonra Alfredo 75 yaşında Nepala qayıdaraq, altı həftəlik səyahəti başa vurub.
Alfredo və kürəkəni dünya rekordu vurmağı müzakirə etməyə başlayanda qızı əvvəlcə atasının belə bir qərar verəcəyinə inanmayıb.
Anabelle etiraf edir: "Ginnesin Rekordlar Kitabı haqqında eşidəndə "Bu dəlilikdir" deyə düşündüm". Lakin o, məsələni daha da müzakirə etdikcə, dünya rekordunu qırmağa az vaxt qaldığını başa düşdükdə, dəstəkləməkdən başqa çarəsi qalmayıb.
Yürüşə hazırlaşmaq üçün Alfredo yanvardan may ayına qədər hər gün üç saat gəzib. Yürüş əvvəlcə may ayında baş tutmalı idi, lakin kişi o zaman rekord uğrunda mübarizə apara bilməyib. Dağın şimal kənarı qar və buz səbəbindən bağlanıb.
Ginnesin Rekordlar Kitabı hələ dünya rekordunu təsdiqləməyib. Qeyd edək ki, bu proses bir neçə ay çəkir. Lakin Jurgen və Anabel hələ də Alfredonun insanlardan məktublar alır.
Hazırkı rekord isə mart ayında səyahətini tamamlayanda 91 yaş 152 günlük olan Con Jepkemaya məxsusdur.
Aliaga isə öz növbəsində bildirib ki, Ginnesin Rekordlar Kitabına düşüb-düşməməsindən asılı olmayaraq, sağlam və enerji dolu olduğu üçün gələn il yenidən Böyük Kanyona çıxmağı planlaşdırır.
Alfredo uzunömürlülüyünü və enerjisini üç şeylə əlaqələndirir: sağlam qidalanma, gündəlik idman və hər gecə səkkiz saat yarım yuxu. O deyir ki, başlamaq üçün heç vaxt gec deyil. Alfredo özünün sağlam həyat tərzi sürməyə başlayanda yaşının 60-ı keçdiyini bildirib.
Aynil
Sfera.az