Traktorçu yol qəzasında öldü

Traktorçu yol qəzasında öldü

Şəkidə traktorçunun ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a bildirilib ki, oktyabrın 28-də saat 18 radələrində Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində 1965-ci il təvəllüdlü Vahabov Əsgər Əfkər oğlunun idarə etdiyi traktorla Əhmədov Sahib Məmməd oğlunun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. 

 

Hadisə nəticəsində traktorun sürücüsü Ə.Vahabov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Lent.az
 


OXŞAR XƏBƏRLƏR