Sumqayıtda güllələnən Türkiyə vətəndaşı ilə bağlı YENİ XƏBƏR

Cəmiyyət
21:17 / 28.10.2023
9490
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən ağır vəziyyətdə olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.
Sfera.az xəbər verir ki, bu barədə “Report”a Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.
1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri orta ağırdır.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.