La Liqa: "Real" səfərdə "Barselona"nı məğlub etdi

La Liqa:

İspaniya La Liqasında "El Klasiko" keçirilib.

 

Sfera.az məlumatına görə, "Barselona" XI turda Madrid "Real"ını qəbul edib.

 

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

 

Kataloniya təmsilçisinin heyətində İlkay Gündoğan 6-cı dəqiqədə hesabı açıb. Paytaxt klubundan Cud Bellingem 68-ci dəqiqədə tarazlığı bərpa edib. İngiltərəli oyunçu 90+2-ci dəqiqədə qələbə qolunu vurub.

 

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran "Real" birinci pilləyə yüksəlib. "Barselona" 24 xalla üçünü sıradadır.


OXŞAR XƏBƏRLƏR