"Zirə" - "Səbail" matçında 4 qol vuruldu

İdman
18:15 / 28.10.2023
14401
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
Sfera.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
"Zirə" 21 xalla liderliyini davam etdirir. "Səbail" 18 xalla üçüncü sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.